Honda şirkəti San-Pauluda keçirilən avtosalonda WR-V adlı yığcam krossoveri təqdim etmişdir. Bu model Renault Duster və Ford EcoSport avtomobilləri ilə rəqabətə girişməlidir. Yeni krossoverin hazırlanması üzərində yapon istehsalçısının Braziliyada yerləşən bölməsi məşğul olmuşdur.
Krossoverin adı Winsome Runabout Vehicle (cazibədar yığcam avtomobil) kimi açıqlanır. Bununla belə, Honda şirkətinin nümayəndələri WR-V modeli haqqında texniki məlumat verməkdən imtina etmişdirlər. İstehsalçı yalnız avtomobilin istehsalına və satışlarına 2017-ci ilin birinci yarısında başlanacağını bildirmişdir. Əvvəllərdə məlumat veildiyi kimi, Honda WR-V modeli Jazz hetçbekinin platformasında hazırlanmışdır.
Eyni zamanda, böyük ehtimalla yeni krossoverin yalnız öndən çəkiş sistemi ilə təchiz ediləcəkdir.