Honda şirkəti yenilənmiş Jazz kompaktvenini təqdim edib. Dynamic modifikasiyasına və daha güclü mühərrikə sahib olan modelin kütləvi təqdimatı sentyabr ayında keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır.
Yenilənmiş avtomobili təkmilləşdirilmiş ön işıq texnikasına, başqa radiator barmaqlığına, digər bamperlərə və Skyride Blue adını almış yeni metallik rənginə görə seçmək mümkündür. Bundan əlavə, Jazz modelinin mühərrik çeşidiən 1,5-litrlik i-VTEC benzin mühərriki də daxil edilibdir. Mühərrik 130 at qüvvəsi hasil edir və təkmilləşdirilmiş variator ilə tandemdə çalışır.
Şirkətdən təkmilləşdirilmiş qutunun daha çevik çalışdığını və rəvan intensiv sürətlənməni təmin etdiyini bildiriblər. Bu tandem, 100 kilometr məsafəni qət etməyə 5,4 litr yanacaq sərf edir. Honda Jazz modelinin mühərrik çeşidində 102 at qüvvəli 1,3-litrlik mühərrik də vardır. Bu mühərriki, Sport modifikasiyası istisna olmaqla, bütün modifikasiyalar üçün sifariş etmək mümkündür.
Dynamic modifikasiyası qırmızı rəngli ön splitterə, arxa diffuzora, baqaj qapağının üzərində quraşdırılan spoylerə, başqa ətəklərə, işıqdiodlarından olan fənərlər və qara 16-düymlük təkər disklərinə sahibdir. Honda Jazz Dynamic modelinin interyeri yeni tərtibat materialları, narıncı rəngli tikişlərlər, həmçinin dəri ilə üzlənmiş sükan çarxı və ötürmələr qutusunun dəstəyi ilə seçirlir.
Avtomobilin standart təchizatına salona açarsız giriş, arxa görüntü kamerası, 7 düymlük ekranı olan multimedia sistemi, işıq vericisi, kruiz-kontrol, öndən toqquşmaları xəbərdar və zolaqlarla hərəkətə nəzarət edən sistemlər daxildir.
Yenilənmiş Honda Jazz modelinin satışları gələn il başlanacaqdır.