Beşinci nəsil Honda Odyssey miniveni 2017-ci ildən ABŞ-da istehsal olunur, lakin yapon istehsalçısı minivenin yeni nəsli barədə düşünmür. Şirkətin əsas diqqəti krossoverlərə yönəlib: yeni nəsil Honda Pilot artıq satışdadır, qohum Passport krossoveri tezliklə təqdim olunmalıdır. Miniven üçün isə, daha bir restaylinq hazırlanıb – bu, yeddi ilik istehsal müddətində ikinci yenilənmədir.

Eksteryerdə baş vermiş dəyişiklikləri müəyyən etmək elə də asan deyil, lakin onlar mövcuddur. İstehsalçının daha idman və aqressiv kimi xarakterizə etdiyi yeni radiator barmaqlığı və ön bamper peyda olub. Arxa bamper də yenidən işlənib, onun künclərində Acura NSX modelindəki kimi şaquli reflektorlar quraşdırılıb. Kuzov palitrasına Solar gümüşü metallik və Smoke mavi mirvari rəngləri əlavə edilib. Artıq yeni 19-düymlük təkər disklərini sifariş etmək olar.

Bundan sonra Honda Odyssey miniveninin bütün təchizat səviyyələri yeddi düymlük rəqəmsal cihazlar paneli ilə təchiz edilirlər, media sisteminin ekranının ölçüsü isə, səkkizdən doqquz düymədək artırılıb. Sistemin funksionallığı Apple CarPlay və Android Auto protokollarının simsiz dəstəklənmsəi sayəsində də genişləndirilib. Bundan başqa, əlavə USB-C konnektorları və qacetlər üçün simsiz şarj sistemi də mövcuddur. İndi ikinci cərgədə 12,8-düymlük “televizoru” (əvvəllər 10,2-düymlük) və HDMI konnektoru olan yenilənmiş əyləncə sistemi var.

Kapotun altında heç bir dəyişiklik yoxdur və bu, böyük həcmli atmosfer mühərrikləri sevənlər üçün əla xəbərdir: miniven 284 at qüvvəli 3,5-litrlik V6 mühərriki və 10-pilləli avtomatik transmissiya ilə təklif olunur. Bir vaxtlar vəd edilmiş hibrid versiya hələ də peyda olmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Honda Odyssey miniveninin bütün təchizat səviyyələri bir qədər zənginləşiblər, bəziləri isə, genişləndirilmiş dekorasiyanı əldə ediblər. Eyni zamanda, baza EX təchizatı qiymət siyahısından yoxa çıxıb və bu, bir anda minivenin başlanğıc qiymətini 3700 dollar artırıb: indi Odyssey modelinin qiyməti 42 min dollardan başlayır. Top Elite versiyası isə, 51 min dollara başa gəlir. Yenilənmiş minivenlərin satışına payızda başlanacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.