Honda şirkəti Accord modelinin onuncu nəslini təqdim edib. Model yeni turbomühərriklər və 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir.
Honda nümayəndələri avtomobilin sıfırdan hazırlandığını, daha sərt və yüngül kuzova, başqa şassiyə, yeni mühərrik çeşidinə və salonda səs-küyün aktiv boğulması sisteminə sahib olduğunu bildiriblər. Honda Accord modelinin onuncu nəslinin mühərrik çeşidinə altı silindrli mühərrik daxil edilməyib. Yeni model sələfindən 10 mm qısa, 15 mm alçaq və 10 mm enlidir.
Accord modelinin təkər bazası da 54 mm artırılıb. Bundan başqa, modelin təkər izləri də genişlənib. Modifkasiyasından və təchizatından asılı olaraq Accord modelinin çəkisi 50-80 kiloqram azaldılıb. Eyni zamanda, avtomobilin iç məkanı da genişlənib. Baqaj bölümünün həcmi 4972 litr təşkil edir ki, bu da əvvəlkindən 28-90 litr (modifikasiyadan asılı olaraq) çoxdur.
Yeni Accord yalnız birbaşa çiləməli dörd silindrli turbomühərriklər ilə təklif ediləcəkdir. Standart olaraq avtomobil 192 at qüvvəli 1,5-litrlik turbomühərriklə təchiz ediləcəkdir.
Bu mühərrik 2,4-litrlik aqreqatı əvəzləyib. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu və yaxud variatorla tandemdə çalışacaqdır. Mexaniki qutu Sport təchizat səviyyəsində olan model üçün nəzərdə tutulub. Əvvəlki altı silindrli 3,5-litrlik mühərriki 252 at qüvvəli 2,0-litrlik turbomühərrik əvəz etmişdir ki, yeni aqreqat da 10-pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışacaqdır. Sport variantı üçün mexaniki qutu da təklif ediləcəkdir.
Honda Accord hibrid güc aqreqatı ilə də təklif olunacaqdır. Bu aqreqat Atkinson dövrü ilə çalışan 2,0-litrlik mühərrikin və iki elektromotorun əsasında yaradılmışdır. Bu modifikasiya haqqında ətraflı məlumat bir qədər sonra təqdim ediləcəkdir.
Yeni modelin təchizatına proyeksiya displeyi, muıtimedia sisteminin səkkiz düymlük displeyi, 450 vattlıq səs sistemi, smartfonların induksion doldurulması sistemi və onların NFC ilə birləşdirilməsi funksiyası, 4G LTE şəbəkəsinə Wi-Fi vasitəsi ilə daxil olma nöqtəsi, avtomobilə uzaqdan nəzarət sistemi və LED fənərlər daxil edilmişdir.
Bundan başqa, yeni Honda Accord adaptiv amortizatorlara və idarəetmə elektronikasının Mormal, Sport və Econ rejimlərinə sahib olub. Bu rejimlər vasitəsi ilə akseleratorun, sükan idaəetməsinin, ötürmələr qutusunun tənzimləmələrini və amortizatorların sərtliyini dəyişmək olar. Yeni Honda Accord modeli ABŞ-ın Ohayo ştatındakı Merisville şəhərindəki zavodda buraxılacaqdır. Turbomühərriklərin istehsalı isə, Ohayo şatatının Anna şəhərindəki yeni zavodda həyata keçiriləcəkdir.
Tranmissiyaların buraxılışı Ohayodakı Rassel-Poynt və Corciya ştatındakı Tallapuse şəhərində yerləşdiriləcəkdir. Bu müydançaların hazırlanmasına və modernləşdirilməsinə Honda 149 milyon dollar sərmayə qoymuşdur.