Honda şirkəti Las-Veqasda keçiriləcək məişət elektronikası sərgisində (CES) NeuV prototipini göstərmək niyyətindədir. Avtomobil sərnişinlərin ünsiyyətinə və sürücünün emosiyalarına reaksiya vermək üçün xüsusi texnologiya ilə təchiz ediləcəkdir.
Prototip avtopilot və elektrik güc mühərriki ilə təchiz edilmiş yığcam avtomobildir. Onun hazırlanması Cocoro SB şirkəti ilə birgə aparılmışdır. Cocoro SB şirkəti sürücünün hisslərinə reaksiya verərək onunla söhbət edəcək süni intellekt sisteminin yaradılmasına cavabdeh olmuşdur. Bu texnologiya sayəsində, Honda şirkəti, avtomobilinin sahibinin ona daha emosional bağlanmasını təmin edəcəyini düşünür. “Emosional” avtomobil üzərində işlərin aparılması barədə məlumatı bu ilin yayında vermişdi. İstehsalçı gələcəkdə avtomobillərin nəinki sahibinin emosiyalarını qəbul etməklə yanaşı, eyni zamanda sürücü ilə ünsiyyət təcrübəsi sayəsində öz davranışını müəyyən edə bilər. Bu texnologiyaların tətbiqinin tarixi məlum deyildir.