Bu, Çin üçün xüsusi olaraq hazırlanmış Honda elektromobillərinin ikinci dalğasıdır. Birinci dalğaya 2022-ci ildən buraxılan e:NS1/e:NP1 krossoverləri və bu yaxınlarda təqdim edilən e:NS2 modeli daxil idi. Bu avtomobillər texniki cəhətdən benzin mühərrikli Honda modelləri ilə unifikasiya edilliblər və alternativsiz ön ötürməli e:N Architecture F platformasında inşa olunub. Yeni Honda Ye ailəsi sıfırdan hazırlanıb və yanacaq modellərinə bağlı deyil.
Honda Ye ailəsi
Ye adı Çin 烨 ieroqlifinin transkripsiyasıdır və sərbəst tərcümədə "işıq saçan" deməkdir. Bu elektromobillər ilin əvvəlində “sıfır” seriyalı konseptual elektrik avtomobillərində nümayiş etdirilən yeni loqotipi alıblar: korporativ H hərfi forması bir qədər dəyişdirilib və onu ənənəvi çərçivəsindən məhrum ediblər. Honda bu emblemi yalnız batareyalı avtomobillərdə istifadə edəcək.
Honda Ye S7 və P7
Ye ailəsinin ilk modelləri seriyaöncəsi statusda təqdim olunurlar, ona görə də onlar haqqında məlumat çox azdır. Ancaq bunlar artıq konseptlər deyil, demək olar ki, istehsala hazır avtomobillərdir. Ailənin ilk nümayəndələri dizayn və istehsal yeri ilə fərqlənən unifikasiya olunmu Honda Ye P7 və Honda Ye S7 krossoverləridir: P7 modeli GAC-Honda BM, S7 krossoveri isə, Dongfeng-Honda BM tərəfindən istehsal olunacaq.
Honda Ye S7
Əgər Honda Ye P7 krossoveri müasir Honda modellərinin tanış xüsusiyyətlərini nümayiş etdirirsə, Ye S7 modeli bir növ Cadillac kimi stilizə olunub. Bununla belə, avtomobillərin kuzovu və salonu da eynidir. Hər iki avtomobildə yan güzgülər əvəzinə kameralar var: onlardan alınan görüntülər qapı panellərinə quraşdırılmış daxili ekranlara ötürülür.
Honda Ye P7
Hər iki “yeddi” arxa və ya tam ötürməsi (müvafiq olaraq bir və ya iki elektrik mühərriki), öndə ikiqollu, arxada isə, çoxqollu asqısı və böyük dartma batareyasıolan yeni e:N Architecture W modul platformasında inşa edilib. Batareyaları CATL, bort elektronikasını isə, Huawei təmin edəcək. Təəssüf ki, hələlik texniki detallar yoxdur. Ye S7 və Ye P7 modellərinin istehsalına bu ilin sonunda başlanacağı gözlənilir.
Honda Ye GT
Bu cütlüklə birlikdə 2025-ci ilin sonunadək seriya avtomobilinə çevrilməli olan Honda Ye GT Concept liftbək təqdim olunur. Bu elektromobil hər iki “yeddilikdən” daha uzun, enli və alçaqdır, onun çərçivəsiz qapıları və irəli çıxan arxa antiqanadı var. Bununla belə, seriya avtomobili yəqin ki, daha sadə olacaq.
2027-ci ilə qədər Honda Çin bazarına Ye ailəsinin altı elektromobilini çıxarmağı vəd edir. Üstəlik, sadə e:N Architecture F platformasında daha dörd elektromobil işıq üzü görməlidir. 2035-ci ilə qədər isə, Honda Çində tamamilə elektromobillərə keçmək niyyətindədir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.