Honda şirkəti yeni nəsil CR-V krossoverinin eksteryer dizaynını nümayiş etdirən tizerin ardınca, onun interyeri təsvir olunmuş şəkli dərc edib. Krossoverin interyer arxitekturası Civic modelindəkinə bənzəyir: burada mediasistemin çıxıntılı ekranı və havalandırma sisteminin dekorativ barmaqlıq ilə örtülmüş deflektorları var. Fərqlər - mərkəzi konsolun tərtibatında və dekordadır. Altıncı nəsil Honda CR-V krossoverinin iyulun 12-də təqdim ediləcəyi və ilin sonuna qədər satışa çıxarılacağı gözlənilir.
Altıncı nəsil Honda CR-V modelinin eksteryer dizaynında Passport və Prologue elektromobilinə istinadları tapmaq olar. Fənərlər nazikləşəcək, yan güzgülər ayrı dayaqları alacaq və radiator barmaqlığının ölçüsü artacaqdır.
Yeni Honda CR-V ilə Civic modelinin interyerləri demək olar ki, eynidir. Hər iki avtomobil multimedia sisteminin çıxıntılı ekranı və dekorativ barmaqlıq ilə örtülmüş havalandırma deflektorları olan ön panelə malikdir. Amma mərkəzi konsolun tərtibatı fərqlidir. CR-V modelində açıq stəkanaltılar yoxdur və transmissiyanın düyməli selektorunun əvəzinə dəridən “ətəyi” olan klassik dəstəkdən istifadə olunur. Oturacaqlardakı narıncı tikişlər şəkildə TrailSport “ofroud” versiyasının göstərildiyindən xəbər verir. Xatırladaq ki, hələlik Honda CR-V modeli üçün belə bir versiya bəyan edilməyib.
Krossover mühərriklərinin çeşidi də Civic modeli ilə unifikasiya olunacaqdır. Dördsilindrli benzin turbomühərriki ilə yanaşı, yeni krossover tərkibinə daxili yanma mühərriki və iki elektrik mühərriki daxil olan e: HEV benzin-elektrik güc qurğusu ilə təchiz ediləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.