Honda şirkəti yeni nəsil Insight hibrid modelinin yeni nəsli barədə bir sıra məlumatı dərc edib. Yeni avtomobilin prototipi bu günlərdə işinə başlayacaq Detroyt avtosalonunda nümayiş etdiriləcəkdir.
Honda Insight modeli iki mühərrikli yeni nəsil hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Bu qurğunun tərkibinə Atkinson dövrü ilə işləyən 1,5-litrlik mühərrik, elektromotor və litium-ion batareyalar dəsi daxildir. Güc qurğusunun texniki göstəriciləri açıqlanmayıb. Avtomobil elektrik ötürməsi ilə uzun müddət hərəkət edə biləcəkdir. Bu halda daxili yanacaq mühərrikindən ancaq generator kimi istifadə ediləcəkdir. Beşyerli sedanın təchizatına dəlikli dəri ilə örtülmüş oturacaqlar, yeddi düymlük rəqəmsal cihazlar paneli, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən və 8 düymlük sensorlu ekranı olan multimedia sistemi, Wi-Fi qoşulma nöqtəsi və proqram təminatının “hava” ilə yenilənməsifunksiyası daxildir.
Hibrid sedanı Honda Sensing təhlükısizlik sistemləri dəsti ilə də təchiz edəcəkdirlər. Bu dəstin tərkibinə aktiv təcili əylənmə sistemi, zolaqda saxlama funksiyası, başqa avtomobilləri təqim etmək fuksiyasına malik olan adaptiv kruiz-kontrol və yol nişanlarının aşkarlanması sistemi daxildir.