Honda şirkəti sürətlə hərəkət zamanı təkərlərin yerindən çıxması riski səbəbindən Civic sedanlarını geri çağıracaq. Bu problem Böyük Britaniyada və digər Avropa ölkələrində istehsal olunan 46 mindən çox avtomobili əhatə edir. Avropa Komissiyası, istehsal zamanı təkər boltlarının düzgün sıxılmaması səbəbindən 2017-2021-ci illər arasında istehsal olunmuş avtomobilər üçün geri çağırma kampaniyasını başladıb.
"Problem ondadır ki, Avropa Komissiyasının məlumatına görə, təkər boltu kifayət qədər sıxılmır. Bu, nəqliyyat vasitəsi hərəkət edərkən boltların boşalmasına səbəb ola bilər ki, bu da təkərlərin itkisi, qəza və xəsarət riski yarada bilər", - “Autoexpress” nəşri bildirib.
Honda, potensial təhlükəli avtomobillərin sahibləri ilə 2026-cı ilin əvvəlində əlaqə saxlayacağını açıqlayıb. Lazım gələrsə, problemin həlli üçün avtomobil sahiblər diler mərkəzlərinə çağırılacaq. Honda həmçinin avtomobil sahiblərinə öz nəqliyyat vasitələrinin istismarına davam edə biləcəklərinə zəmanət verib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









