Honda şirkəti gələn ilin yanvar ayında Tokioda keçiriləcək avtosalonda Civic Versatilist konseptini nümayiş etdirəcəkdir. Hetçbek aktiv həyat tərzinə üstünlük verən şəhər sakinlərinə ünvanlanıb. Artırılmış klirensə malik olan hetçbek plastikdən hazırlanmış müdafiə qurşaöğına və qeyri-adi aerodinamik elementlərə sahib olub. Buna misal olaraq, ön qapılarda quraşdırılan kiçik “qanadları” göstərmək olar. Modelin texniki içalatı barədə məlumat verilməyib.
Honda ekspozisiyasının digər bir maraqlı eksponatı S660 Neo Classic Racer key-karı olacaqdır. Konsepsiya Neo Classic dəstinə malik olan Honda S660 modelinin bazasında inşa edilib. Prototipin xarici görkəmini işləyən dizaynerlər Honda S500 yarış avtomobilindən ilham alıblar. Yeniliklər arasında boltla bağlanan təkər tağları genişləndiriciləri, ön tərəfin daha aqressiv forması, qanadlar üzərindəki güzgülər və kapot ilgəyi vardır.
Bundan başqa, yapon istehsalçısı “gələcəyin ailə avtomobilini” də Tokioda nümayiş etdirəcəkdir.Bu StepWGN minivenin əsasında inşa edilən Well konseptidir.