Dünən qapılarını ziyarətçilərin üzünə açan Japan Mobility Week sərgisində müxtəlif konsept avtomobillərinin debütü baş tutub. Yapon istehsalçıları təqdimatlarına da müxtəlif formada yanaşıblar – öz yenilikləri barədə nisbətən geniş məlumat verənlər də olub, ümumiyyətlə açıqlama verməyənlər də.
Məsələn, götürək Honda şirkətini. Yapon istehsalçısı Honda Prelude tarixi adına malik olan orta ölçülü kupeni nümayiş etdirib.
Bu addan 1978-ci ildən 2001-ci ilə qədər istifadə edilib və bu müddət ərzində Prelude modelinin beş nəsli işıq üzü görüb.
Tokio avtosalonunda nümayiş etdirilən kupe tündləşdirilmiş şüşələrə və elektrikləşdirilmiş güc aqreqatına malikdir. Başqa təfərrüatlar açıqlanmayb, lakin qeyri-rəsmi məlumatlara görə, təqdim edilmiş Prelude prototipi Honda Civic seriya modelinə əsaslanır. Vəssəlam...
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.