İnsayderlərə istinadən edən “Kyodo” nəşrinin bildirdiyinə görə, Honda bərabər şərtlərlə birləşmək əvəzinə, Nissan şirkətinə özünün törəmə müəssisəsi olmağı təklif edib. Şirkətlər yanvarın sonunda vahid holdinqdə birləşmənin təfərrüatlarını açıqlamağı planlaşdırırdılar, lakin sonradan bu tarix fevralın ortalarına qədər təxirə salınıb. İddiaya görə, Nissan Honda şirkətinin şərtini yerinə yetirə bilməyib: böhran keçirən yapon istehsalçısı potensial tərəfdaşını biznesi uğurlu edəcəyinə inandıra bilməyib.
Bununla belə, “Yomiuri” qəzetinin məlumatına görə, Nissan şirkəti özü Honda ilə birləşmək fikrindən imtina etmək istəyir. Nissan bildirib ki, hər iki tərəf üçün məqbul olan şərtlərin formalaşdırması "faktiki olaraq qeyri-mümkündür".
Analitiklər Honda şirkətinin törəmə müəssisəsinə çevrilməsi təklifinin Nissan tərəfindən "şiddətli müqavimət" ilə qarşılaşacağını ehtimal edirlər. Bu yaxınlarda Renault şirkətindəki səhmlərinin bir hissəsini alan Nissan avtonom qalmaq istəyir və bu səbəbdən də birləşmə sövdələşməsi baş tutmaya bilər.
Birləşmədən əvvəl Honda Nissan şirkətindən maliyyə sabitliyini sübut etməyi tələb edib: o, 2026-cı maliyyə ilində təxminən 400 milyard yen (2,6 milyard dollar) qazanmalıdır. Martda başa çatan 2024-cü il üçün proqnoz cəmi 150 milyard yen (0,95 milyard dollar) təşkil edir.
Nissan öz göstəricilərini yaxşılaşdırmaq üçün dünya üzrə 9 000 əməkdaşı işdən çıxaracağını və istehsalı 20% azaldacağını bildirib. ABŞ-dakı üç zavodun əməkdaşlarına vaxtından əvvəl təqaüdə çıxmaq təklif olunub.
Lakin mənbələr bildirir ki, Honda şirkətinin top-menecerləri bunun kifayət olmadığını hesab edirlər və onlar biznesin optimallaşdırılması üçün daha səmərəli tədbirlər gözləyirlər. Bundan əlavə, Honda Nissan və Renault arasındakı əlaqələrin tamamilə kəsilməsini tələb edir.
Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.