Honda Civic yenidən imicini dəyişdirib. Kosmik dizayn və “təkhəcmli” silueti ilə bağlı təcrübələrə son verilib. Modelin on birinci nəsli daha ənənəvi və sanballı görünür. Ancaq yeni Civic modelini təqaüdçülər ünvanlamış avtomobil kimi qəbul etməyə tələsməyin. Yaponlar yeni Civic sedanının bu modelin tarixindəki ən yaxşı sürücü sedanı olduğunu iddia edirlər!
Avtomobilin alın şüşəsinin dayaqları 50 millimetr geri çəkilib, kapot daha uzun olub və aşağı düşüb - artıq onunla pəncərə xətti arasında pillə qalmayıb. Baqaj hissəsinin çıxışı da daha aydın görünür. Eyni zamanda, modelin ölçüləri demək olar ki dəyişməyib: yeni Civic sələfindən 33 millimetr (4674 millimetr) uzun olsa da, eni (1801 millimetr) və hündürlüyü (1415 millimetr) tamamilə eynidir. Ancaq üfüqi işıqlandırma texnologiyası (indi tamamilə diodlardan hazırlanır) avtomobili vizual olaraq daha da geniş göstərir. Bununla belə, baqaj bölməsi daha kiçik olub: 428 əvəzinə 419 litr (SAE metoduna görə).
Platforma əvvəlki olsa da, təkmilləşdirilib. Üstəlik, şirkətdə arxada tiri quraşdıraraq platformanı sadələşdirməyiblər: Civic sedanı əvvəlki kimi, bütün versiyalarında çoxqollu arxa asqıya malikdir. Təkər bazası 36 millimetr (2736 millimetr) böyüyüb, arxa təkər izi isə 13 millimetr genişlənib, ön alüminium alt çərçivəsi yüngülləşib və hər yerdə yeni rezin-metal şarnirlər quraşdırılıb. Kuzovun burulmaya qarşı sərtliyi 8% artıb. Nəticədə,mühəndislər daha iti idarəetmə xüsusiyyətləri ilə yanaşı, salonun yaxşılaşdırılmış səs-küy və vibro izolyasiyasını vəd edirlər.
Salonda isə əsl inqilab baş verib – interyer daha ənənəvi və "sakit" olub, sadə dizaynı və təmiz xətləri ilə seçilir. Bu, Honda şirkətinin yeni strategiyasının tərkib hissəsidir: bənzər interyerə yeni HR-V krossoverində də rast gəlmək olar. Bundan sonra belə salon konsepsiyası şirkətin bütün model xəttində tətbiq ediləcəkdir. Eyni zamanda, tərtibat materiallarının keyfiyyəti də yaxşılaşdırılıb. Havalandırma deflektorları vahid "torun" altında gizləniblər və hava axınını tənzimləyən qeyri-adi coystiklərinə sahib olublar.
Baza cihazlar paneli analoq sürətölçənə və 7-düymlük ekrana malikdir. Ancaq top versiyada ilk dəfə 10,2-düymlük ekranı olan virtual cihazlar paneli quraşdırılır. Media sistemi üçün iki seçim təklif edilir - yeddi və ya doqquz düymlük sensorlu ekranlar. Hər iki halda ən vacib funksiyalar üçün şaybalar və aparat düymələri var.
Yeni opsiya - on iki dinamikli Bose səs sistemidir. Sedanın baza təchizatına daxil olan Honda Sensing kompleksi, avtomatik əyləcləmə sistemi və digər köməkçiləri özündə birləşdirir. Üstəlik, kompleksi radardan məhrum edərək, ön kamera ilə təchiz ediblər. Bu kamera daha yüksək icazəyə və daha geniş baxış bucağına malikdir.
Yeni Civic sedanı, əvvəllər yalnız daha bahalı Acura modellərində quraşdırılan yeni ön hava yastıqlarını əldə edən ilk Honda modeli olub. Bu yastıqlar Autoliv ilə birlikdə hazırlanıb və onların əsas xüsusiyyəti insanın başının üst tərəfinin irəliyə sürüşməsinin qarşısını almaqdır, çünki toqquşma zamanı sərnişinlər bir qayda olaraq düz qabağa baxmırlar və başlarını mərkəz istiqamətində saxlamırlar. Buna görə, sürücü hava yastığına ponçik şəkli verilib, ön sərnişinin hava yastığında yumşaq bənd ilə birləşdirilmiş üç şaquli hissə var. Planlaşdırıldığı kimi, qəza zamanı yan hissələr başı əhatə edir və onun yan tərəfə sürüşməsinin qarşısını alırlar. Əlavə ödənişlə, ilk dəfə olaraq, Civic üçün ikinci sıranın yan yastıqları da təklif olunur.
Yeni sedanın güc aqreqatları əvvəlki modeldən götürülüb. Amerikada baza mühərriki 160 at qüvvəsi və 187 Nm fırlanma anı hasil edən 2,0-litrlik atmosfer mühərrikidir. Alternativ olaraq, yalnız girişdə deyil, həm də çıxışda VTEC faza dəyişdirmə sistemi olan 1,5-litrlik turbomühərrik təklif edilir. Təkmilləşdirilmiş mühərrikin gücü 176-dan 182 at qüvvəsinə, fırlanma anı isə 220-dən 240 Nm-ə qədər artırılıb. Hər iki mühərrik yalnız təkmilləşdirilmiş variatorla təchiz edilir.
Sedanların istehsalına yaxın günlərdə Kanadanın Alliston şəhərindəki zavodda başlanacaqdır. Bu günə qədər həmin zavodda istefaya göndərilən Honda Civic sedanları istehsal olunurdu. Bir neçə ay sonra hetçbek kuzovlu model debüt etməlidir. Hetçbek artıq Böyük Britaniyada deyil, ABŞ-ın İndiana ştatındakı zovadda buraxılacaqdır.
Honda Civic modelinin cari nəslinin istehsalına son verilməsi Britaniyadakı zavodun başlanması ilə müşayət olunacaqdır. Avropada yalnız idxal edilən avtomobillər satılacaqdır ki, onların da arasında Civic olmayacaqdır. Civic modelinin Türkiyədəki istehsalı da yaxın zamanda dayandırılacaqdır.
On birinci nəsil Honda Civic sedanı Amerika bazarında bu ilin yayında satışa çıxacaqdır. Onun ardınca beşqapılı hetçbek, “qaynar” Civic Si modeli (sedan üçün) və hibrid güc qurğusu ilə təchiz ediləcək “bərkgedən” Civic Type R hetçbeki işıq üzü görəcəkdir. Kupe kuzovlu versiya artıq olmayacaqdır - Honda ikiqapılı versiyadan imtina edib.