Honda 2027-ci ildən etibarən bir neçə yeni hibrid model təqdim etməyə hazırlaşır. Şirkət yeni nəsil hibrid sistemi, C və D seqmentlərini əhatə edən modul platformasını və mexaniki kardan valı olmayan elektrik tam ötürmə sistemini nümayiş etdirib. Honda yeni texnologiyaların 2018-ci il modelləri ilə müqayisədə yanacaq səmərəliliyini 10 faiz artıracağını, 2023-cü il hibrid sistemləri ilə müqayisədə isə xərcləri 30 faiz azaldacağını bildirir.

Yeni hibrid sistemin əsasını 2,0-litrlik mühərrik təşkil edir. Mühərrik bütün iş rejimlərində stexiometrik hava-yanacaq qarışığı ilə işləmək üçün yenidən hazırlanıb. Giriş kanallarının forması, porşenlərin konstruksiyası və soyutma sistemi dəyişdirilib.

Honda yüksək fırlanma anı tələb olunan rejimlərdə yanacaq sərfiyyatının 30 faiz azalacağını, mühərrikin yüksək səmərəlilik zonası və stexiometrik rejimdə fırlanma anı həddinin isə 30 faiz artacağını iddia edir. Hibrid sistemin tərkibində  istifadə üçün optimallaşdırılan mühərrikin bloku təxminən 900 qram, dirsəkli valı isə əlavə 500 qram yüngülləşdirilib.

İki elektromotorlu ötürmə qurğusunun əsas quruluşu əvvəlki sistemdən götürülsə də, mühərriklər, maqnit dövrələri və invertor yenilənib. Güc elektronikasının uzunluğu 51 millimetr azaldılıb, kütləsi isə 3 faiz aşağı salınıb. Soyutma sisteminin sadələşdirilməsi və transmissiyanın yenilənməsi də səmərəliliyin artırılmasına xidmət edir.

Yeni modul platforma sedan və krossoverlər üçün nəzərdə tutulub və C-dən D-yə qədər olan seqmentləri əhatə edəcək. Mühərrik bölməsində modellərarası ümumiləşdirmə səviyyəsi təxminən 90 faizə çatdırılıb. 

Batareya bütün modellərdə arxa oturacağın altına yerləşdiriləcək; bu, ehtiyat təkəri üçün də yer açır. Batareyanın konstruksiyaya inteqrasiyası və yüksək möhkəmlikli poladdan daha geniş istifadə kuzovun quruluşunu optimallaşdırmağa kömək edəcək.

Ən mühüm yeniliklərdən biri DualPower eAWD elektrik tam ötürmə sistemidir. Arxa ox ayrıca elektromotorla hərəkətə gətirilir, ön və arxa oxlar isə müstəqil idarə olunur. Bu, sürətlənmə, əyləcləmə və döngələrdə dartma qüvvəsini daha çevik bölüşdürməyə, həmçinin arxa oxda enerji rekuperasiyasına imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Honda yeni platformada sürücü və sərnişinlərin oturuşunu, pedal yerləşməsini, sükanın mövqeyini və oturacaqların dəstəyini də yenidən işləyib. Şirkət bu dəyişikliklərin uzun səfərlərdə yorğunluğu azaltmağa kömək edəcəyini bildirir. Honda 2030-cu il martın 31-dək dünya bazarlarında 15 yeni nəsil hibrid model təqdim etməyi planlaşdırır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.