Honda yeni nəsil Civic Type R modelini təqdim edib. Yapon istehsalçısı “qaynar” hetçbek barədə təfərrüatları tam şəkildə açıqlamayıb. Buradan belə qənaətə gəlmək olar ki, yeni model sadəcə beş il bundan əvvəl debüt etmiş “qaynar” hetçbekin təkmilləşdirilmiş versiyasıdır.

Gözlənilənlərin əksinə olaraq, Civic Type R modelində inqilabi dəyişikliklər baş verməyib - o, nə hibrid güc qurğusunu, nə də tam ötürmə sistemini almayıb. Lakin avtomobil istehsalçısı yeni “qaynar” hetçbekin Civic modelinin tarixindəki ən güclü avtomobil olduğunu bildirir.

Yeni Honda Civic Type R modeli əvvəlki nəsildə quraşdırılan eyni 2,0-litrlik K20C turbomühərriki ilə təchiz edilib. Bununla belə, hetçbek yeniliklərsiz də qalmayıb: o, yeni turbokompressora və buraxılış sisteminə sahib olub. Yeni “qaynar” Civic Type R hetçbekinin bu modelin tarixindəki ən güclü model olmasına dair bəyanat hələlik rəqəmlərlə təsdiqlənməyib - Honda texniki göstəriciləri də açıqlamayıb. Qeyri-rəsmi məlumatlara görə, təkmilləşdirilmiş mühərrikin gücü təxminən 330 at qüvvəsi olmalıdır. Xatırladaq ki, əvvəlki model 320 at qüvvəli mühərrikə malik idi. 

Honda şirkəti yeni “qaynar” hetçbekin dinamik göstəricilərini də səsləndirməyib. Əvvəlki model 100 km/saat həddini 5,7 saniyəyə toplayır və 272 km/saata qədər sürətlənirdi.

Avtomatik transmissiya ilə bağlı şayiələr də təsdiqlənməyib: 2,0-litrlik turbomühərrik əvvəlki 6-pilləli mexaniki transmissiya ilə tandemdə çalışır. Hetçbek özükilidlənən diferensialı olan ön ötürməyə malikdir.

Bununla belə, Civic Type R modeli yeni hərəkət rejimini alıb: Comfort, Sport və + R rejimlərinə avtomobili fərdi şəkildə tənzimləməyə etməyə imkan verən Individual rejimi əlavə olunub. Telemetriya sisteminin məlumatları xüsusi tətbiqin köməkliyi ilə smartfonun ekranında göstərilə bilər.

Nəsil dəyişikliyi ilə birlikdə hetçbek daha yüngül olub, onun kuzovunun sərtliyi isə artırılıb. Bamperlərin dizaynı dəyişdirilib, arxa tərəfdə isə, indi alüminium dayaqlarda quraşdırılmış daha böyük antiqanad quraşdırılıb. Yuxarıda göstərilənlərin hamısına əlavə olaraq, buraxılış sisteminin üç çıxış borusu var və onlar mərkəzdə yerləşir.

Yeni Civic Type R modeli öndə McPherson dayağına, arxada isə çoxqollu arxa asqıya malikdir. Onun standart təchizatına dördporşenli Brembo əyləcləri, 19-düymlük təkər diskləri və Michelin Pilot Sport 4S şinləri daxil edilib. Salonda  çoxnöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş idman oturacaqları quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Honda Civic Type R modelinin Yaponiya və ABŞ-dakı satışılarına bu ilin sentyabr ayında başlanmalıdır, daha sonra model digər ölkələrdə satış debütü edəcəkdir. “Qaynar” hetçbekin əsas rəqibləri Volkswagen Golf R və Toyota GR Corolla olacaqdır ki, bu modellər də Civic Type R hetçbekindən fərqli olaraq həm ön, həm də tam ötürmə ilə təklif edilirlər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.