Honda şirkəti İndoneziyada keçirilən GIIAS avtosalonunda SUV RS adlı konseptual krossoveri təqdim edib. 3,4 metrlik uzunluğa malik olan yığcam krossover eksteryerin idman dizaynı və qırmızı aksentləri ilə seçilir. Yeni model haqqında texniki məlumat verilməyib, lakin onun yerli bazarda satılan yeddi yerli Honda BR-V krossoveri ilə eyni platformanı və 121 at qüvvəli 1,5-litrlik mühərriki bölüşəcəyi gözlənilir.

Beş yerli Honda SUV RS modelinin yaradılması ilə Honda R&D Asia Pacific mərkəzi və şirkətin yerli bölməsi məşğul olub. İlkin məlumatlara görə, konseptin seriya versiyası ZR-V adı altında satılacaqdır. Xatırladaq ki, bu əmtəə nişanı hələ 2020-ci ilin yazında Honda şirkətinin Tokyodakı ofisi tərəfindən qeydə alınmışdı.  

Image alt Image alt Image alt

Honda BR-V modelinin yuxarıda adı çəkilən 1,5-litrlik mühərriki yeni krossover üçün mümkün variantlardan biri sayılır. Məsələn, Paultan.org nəşri Honda City modelindən tanış olan 122 at qüvvəli 1,0-litrlik mühərrikə və Jazz modelinin e:HEV hibrid güc qurğusuna işarə edir.

Gələcək krossoverin İndoneziya bazarındakı əsas rəqibləri Toyota Raize və Daihatsu Rocky modelləri olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.