Çinin Hongqi şirkəti avtopilotlu dəbli elektrik sedanının carçısını nümayiş etdirib. FAW konserninə məxsus olan premium brend yeniliyin eksteryer şəkillərini dərc edərək qısa məlumatı paylaşıb. Ətraflı məlumat daha sonra veriləcəkdir. Elektrik sedanının 800 voltluq arxitekturaya və qabaqcıl avtonom idarəetmə sisteminə malik olacağı məlumdur. Şirkətdən bildirildiyi nə görə, hər 200 kilometrdən bir sürücünün idarəetməyə müdaxilə etməsi tələb olunacaqdır. Digər diqqət çəkən məqam 2800 vattlıq səs sistemidir.
Hongqi E702, Çin markasının elektrik flaqman sedanının carçısıdır. Çox güman ki, elektrosedanın prototipini apreldə keçiriləcək Şanxay avtosalonunda nümayiş etdirəcəklər, seriya versiyası bir qədər sonra peyda olacaqdır. E702 konseptinin kütləvi istehsala hazır olmadığı görünür, çünki şou avtomobili ən mürəkkəb optikaya malikdir və onun qapı tutacaqları yoxdur.
Məhz Hongqi E702 konsepti markanın yeni loqotipini sınayan ilk avtomobil olub. Çin istehsalçısı "Qırmızı bayraqdan" imtina edərək iki orağı xatırladan işıqlanan konstruksiyanı seçib. Seriyaya gedəcək elektrik avtomobillərində belə bir loqotipin olub-olmayacağı və ya söhbətin birdəfəlik aksiyadan getdiyi barədə heç bir məlumat verilməyib. Digər maraqlı elementlər güzgüləri əvəzləmiş kameralar və damdakı lidardır.
Musiqi həvəskarlarına çoxlu sayda dinamiki olan 7.1.4 kanallı Dolby Atmos audio sistemi xoş gəlməlidir. Akustika salonda xüsusi effektli filmlərə baxmağa imkan verir. Digər bir yenilik - dəqiqədə beş giqabayta qədər sürəti olan OTA yeniləmə sistemidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.