Çin Xalq Respublikasının hakim elitası üçün avtomobillər istehsal edən Hongqi markası milli üslubda bəzədilmiş H9 + sedanlarını nümayiş etdirib. Xüsusi versiya adi Hongqi H9 modellərindən 200 millimetr artırılmış təkər bazası, maksimum opsiya dəstləri və xüsusi fərdiləşdirmə variantları ilə fərqlənir.
H9 + nümayişi Səma İmperatorluğunun mədəniyyət simvolları olana Dunhuan şəhəri və “Qadağan olunmuş şəhər” saray kompleksinin üslubunda bəzədilib. Xatırladaq ki, Dunhuan Böyük İpək Yolu dövründə Çinin qapısı rolunu oynamış qədim şəhərdir.
Açıq qəhvəyi və yaşıl rəngli Hongqi H9 + Dunhuang Edition sedanı, Dunhuandaki Moqao mağarasından ilham alınaraq yaradılıb.
Belə avtomobili kuzovun qum rənginə boyanmış yuxarı və solğun yaşıl rənginə boyanmış aşağı hissəsi, qızılı bəzəkləri və 20-düymlük yüngül lehimli diskləri sayəsində asanlıqla tanımaq olar. İnteryer tərtibatı açıq rəngdədir - burada firuzəyi-yaşıl rəngli əlavələri, ön panel, mərkəzi tunel, qapı kartları və oturacaqların kürək hissəsindəki xüsusi naxışları görmək olar.
Alternativ olaraq, al-qırmızı rəngin üstünlük təşkil etdiyi Forbidden City Edition tərtibatı təklif edilir. Xüsusi versiya Pekinin mərkəzindəki imperator saray kompleksinin adını daşıyır. Zahiri cəhətdən xüsusi versiyanı al-qırmızı alt və gümüşü üst hissəsi ilə seçilir. Salon tərtibatında eksklüziv naxışları olan qara və tünd qırmızı rəngə üstünlük verilib.
Texniki olaraq 200 millimetr uzadılmış Hongqi H9 + sedanı keçən həftə Azərbaycanda satışa çıxarılan top versiyalı H9 modelindən fərqlənmir. Sedan 272 at qüvvəsi və 400 Nm fırlanma anına hasil edən 3,0-litrlik V6 turbomühərriki, 7-pilləli “robot”, əsas arxa ötürmə ilə təchiz olunur.
Hongqi H9 + limuzinlərinin qiymətləri hələlik açıqlanmayıb. Çox güman ki, yeni versiya sedanın top versiyasından bir qədər baha olacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.