FAW dövlət konserninin tərkibinə daxil olan Hongqi brendi (“Huntsi” və ya “Qırmızı Bayraq”) Çin elitası və məmurları üçün nümayəndəlik avtomobilləri istehsal edir. Eyni zamanda, doğma Çində, Hongqi markası model xəttini genişləndirməyə davam edir - üç yeni modelin buraxılacağı bəyan edilib. Hər üç avtomobil FAW konserninin yeni FME modul arxitekturasına əsaslanacaqdır.
FME modul platforması
Hongqi, 2025-ci ilə qədər satışları 500.000 avtomobilə çatdırmağı hədəfləyən yeni inkişaf strategiyasını təqdim edib. Plana düzəlişin səbəbi brendin satışlarının artması sürətidir - əvvəl Hongqi 2025-ci ilə qədər 300.000 avtomobil satmağı planlaşdırsa da, artıq keçən il bu plan yerinə yetirilib və marka 301.000 avtomobil satmağa müvəffəq olub.
Yeni zirvələrə çatmaq üçün, Hongqi növbəti üç il ərzində bazara 13 yeni elektrik avtomobili çıxarmaq niyyətindədir. Onlardan üçü artıq bəyan edilib - bunlar 2023-cü ildə bazara çıxacaq zavoddaxili E001 kodu ilə işarələnmiş elektrik sedanı, E202 kodlu kross-kabriolet və E809 koduna malik olan flaqman krossoveridir.
Platforma ilə bağlı bəzi detallar da açıqlanıb. Birincisi, yeni “arabacıqda” həm qolf sinifli avtomobilləri, həm də təkər bazası 3,45 metrə qədər olan uzunbazalı nümayəndəlik modellərini inşa etmək mümkündür. FME platformasına əsaslanan elektromobillərin maksimal yürüş məsafəsi 1000 kilometr olacaqdır. Batareyanın yeyin dəyişdirilməsi də nəzərdə tutulub. Ən güclü elektromobillər 100 km/saat həddini təxminən üç saniyəyə yığa biləcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.