Son illərdə Çinin FAW konserni Hongqi premium brendinin inkişafına böyük məbləğdə sərmayə qoyur. Artıq özündə sedan və krossoverləri cəmləyən H-seriyasından olan mulki modellər çeşidi formalaşdırılıb. Kiçik Q-seriyası da genişlənəcəkdir. Bundan başqa, S-seriyasına daxil olacaq idman avtomobilləri üzərində də çalışmalar davam etdirilir.

Lakin Çin brendinin əsas siması, CXR rəhbərliyinin də istifadə etdiyi L-seriyasından olan modellərdir.  Yaxın zamanlarda, bu günlərdə kamuflyajlı prototipləri rastlanan L-seriyasından olan sedan və limuzinlərinin yeni nəsli debüt etməldir. Lakin FAW konserni ilkin olaraq, Hongqi LS7 flaqman ofrouderini nümayiş etdirməyə üstünlük verib.  

Bir neçə avtomobil zavodun ərazisində keçirilmiş bağlı tədbirdə təqdim edilib, lakin ofrouderin özü haqqında təfərrüatlar azdır. Lakin avtomobil haqqında ümumi təsəvvür artıq var: ölçülərinə görə Hongqi LS7 modelini, standart versiyada uzunluğu 5,3-5,4 metr olan Cadillac Escalade və Lincoln Navigator modelləri ilə müqayisə etmək olar. İlkin məlumata görə, Çin ofrouderinin uzunluğu 5,5 metr təşkil edir.

Ramalı platformada inşa edilən Hongqi LS7 modeli bütün təkərlərin müstəqil asqısı ilə təchiz olunub. Avtomobilin dizaynı brendin hazırki korporativ üslubundadır. Ofrouderin dizaynı üzərində  Rolls-Royce şirkətinin sahib baş dizayneri Cayls Teylor işləyib. FAW konserni Teyloru 2018-ci ildə öz sıralarına cəlb edib. İnteryerlərin şəkilləri hələlik dərc edilməyib, lakin təchizatın zəngin olacağı dəqiqdir.

Image alt Image alt Image alt Image alt

Əgər Hongqi E-HS9 modeli alternativsiz elektrik ötürməsinə malikdirsə,  LS7 modelinin kapotunun altında birbaşa püskürtməsi və tuboüfürməsi olan V8 mühərriki yerləşir. Bu aqreqatın FAW  və Çinin Mərkəzi Tədqiqatlar İnstitutu ilə birlikdə hazırlandığı bildirilir. Mühərrikin iş həcmi açıqlanmasa da, onun hasilatı dərc edilib – 659 at qüvvəsi və 850 Nm! Bu mühərrik L-seriyası üçün əsas güc qurğusu olacaq və cari nəsil sedan və limuzinlərdə quraşdırılan V12 atmosfer mühərrikini əvələyəcəkdir.

Flaqman ofrouderi haqqında təfərrüatlar onun Çindəki təqdimatından sonra açıqlanacaqdır. Modelin təqdimatının ilin sonuna qədər keçirilməsi planlaşdırılır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.