Silk EV və Çinin ən böyük avtomobil istehsalçısı olan FAW şirkəti tərəfindən yaradılan Silk-FAW Automotive birgə müəssisəsi Hongqi S9 superhibridinin seriya versiyasını təqdim edib. Konveyerə gedən yolda kupe ciddi dəyişikliklərə məruz qalıb, lakin V8 mühərrikinə əsaslanan güc qurğusunu qoruyub.
Carçısı 2019-cu ildə təqdim olunan Hongqi S9 hibridinin əvvəlki kimi 100 km/saat həddini 1.9 saniyəyə sürətlənəcəyi və 400 km/saatı aşan maksimal sürət həddinə malik olacağı bildirilir. Tərkibinə üç elektrik mühərriki və 4,0-litrlik V8 biturbomühərriki daxil olan güc qurğusunun ümumi hasilatı 1400 at qüvvəsidir.
Doğrudur, zahiri cəhətdən kupe konseptdən ciddi fərqlənir, çünki seriya variantının dizaynı üzərində Alfa Romeo, SEAT və Audi markalarının keçmiş baş dizayneri Valter de Silva işləyib.
De Silvanın bildirdiyinə görə o, komandası ilə birlikdə aerodinamika, nisbətlər və gözəllik arasında tarazlığı tapa bilib. Silk-FAW müəssisində isə, Şərq və Qərbin dizayn məktəblərinin birləşməsidən danışırlar. Çinlilər Qərb dedikdə əslində İtaliyanı nəzərdə tutrlar.
S9 superhibridi ön tərəfə çəkilmiş sərnişin kapsuluna, dəyişkən həndəsəli arxa spoylerə, uzun arxa hissəyə və inteqrasiya edilmiş hava yönləndiriciləri olan arxa işıqlara malikdir. Gözəgörünməz başqa detal - mühərrikə sərin hava verən, ön fənərlərə inteqrasiya olunmuş hava girişləridir.
Kupe öz yerini avtomatik olaraq təyin edə bilir və buna əsasən də güc qurğusunun və aktiv aerodinamikasının optimal iş rejimini seçir. Daxili yanma mühərriki işə salınmadan, kupe 40 kilometrə qədər məsafə qət edir.
Salonda üç ekran (ikisi sürücü üçün, digəri sərnişin üçün),havanı təmizlənmə və nəmləndirmə funksiyasına malik olan iqlim sistemi və parlaqlığı tənzimlənən ətraf işıqlandırması var.
İlkin məlumatlara görə, Silk-FAW birgə müəssisəsi Hongqi S9 superhibridini 99 nüsxəlik tirajla buraxacaqdır. Avtomobilin istehsalı Ferrari, Lamborghini, Maserati və Pagani zavodlarının yerləşdiyi İtaliyanın "Mühərriklər Vadisinin" mərkəzindəki Emiliya-Romaniaa bölgəsində, habelə Çinin Girin əyalətindəki müəssisədə təşkil ediləcəkdir
İlk avtomobillər müştərilərə çatdırılması 2022-ci ilə planlaşdırılır. Çin superhibridi təxminən 1,5 milyon dollara başa gələcəkdir. Rəqiblərə gəlincə, Çin hiperkarının əsas hədəfi Bugatti Chiron, Koenigsegg Jesko və Czinger 21C hiperkarlarıdır.