Çinin ölkə rəhbərliyi üçün nəzərdə tutulmuş premium avtomobilləri istehsal edən Hongqi (tərcümədə - Qırmızı bayraq) şirkəti konseptual retrokupeni təqdim edib.Konsept çin markasının dizayn üslubunun inkişaf istiqamətini və yeni loqotipini nümayiş etdirir.
Avtomobilin iri miqyaslı maketi Vision Mercedes-Maybach 6 modelinin üslubunda hazırlanıbdır. Konseptin əsas xüsusiyyətləri uzun kapot, arxaya tərəf sürüşdürülmüş kabina və işıqdiodlarından zolaqları olan bağlı təkər tağlarındır. Avtomobilin kapotunda olan işıqlanan zolaq Hongqi avtomobillərinin ənənəvi elementi olan qırmızı bayrağı əvəz edib..
Konsept seriya modelinin carçısı deyildir. Bununla belə, şirkətdən konseptdə olan bir sıra elementlərin gələcəkdə seriya modellərində istifadə ediləcəyini bildiriblər.
Söbhbət işıqdiodlarından olan fənərlərdən, radiator barmaqlığından və kuzovun yan tərəfindəki çıxıntılardan gedir.
Xüsusi tədbirdə konsept ilə yanaşı markanın yenilənmiş loqotipi də nümayiş etdirilib. Bundan başqa, çin markasının strateji inkişaf planı da açıqlanıb. 2025-ci ildə kimi Hongqi markasının istehsal xəttində 15 elektromobil və iki DYM olan model olmalıdır. Modellər tam yeni platformada inşa ediləcək və müasir güc aqreqatları ilə təchiz ediləcəkdir.
Çin istehsalçısının ilk kütləvi modeli H7 sedanı olub. Beş metrdən çox uzunluğu olan avtomobil 1,8 və 2,0-litrlik turbomühərriklər və altı silindrli atmosfer aqreqatı ilə təchiz edilir. Aqreqatların hasilatı, müvafiq olaraq, 188, 204 və 231 at qüvvəsi təşkil edir. Bütün güc aqreqatları yalnız altı pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilirlər.