Honqkonq polisi küçə yarışçıları ilə bağlı daxil olmuş çoxsaylı şikayətlərə reaksiya verib. Superkar sahiblərinin növbəti görüşü haqqında məlumat alan polis, sıx hərəkət olan küçəni bağlayaraq, dərhal 46 küçə yarışçısını ələ keçirib. Bütün sürücülər cərimələnib və avtomobillərdən biri isə cərimə meydançasına göndərilib
Fossington kod adı ilə həyata keçirilən xüsusi əməliyyat səhər tezdən baş tutub. Superkarlardan ibarət olan karvan qərəzli yoxlama üçün dayandırılıb - yol polisi əməkdaşları qanunsuz tüninqə xüsusilə diqqət yetirib, ödənilməmiş cərimələri və digər qanun pozuntuları aşkar ediblər.
Tələyə nə az, nə çox, 46 superkar düşüb: 20 Lamborghini, 14 Ferrari, beş Porsche, üç McLaren, iki Nissan GT-R, bir Audi R8 və bir Mercedes-AMG GT. Hər kəsə cərimələr yazılıb və polis doqquz avtomobilin qeydiyyatını dayandırıb. Bu avtomobillərin sahibləri superkarlarından istifadə etmək üçün yenidən texniki baxışdan keçməli olacaqdırlar. Nissan GT-R superkarlarından biri cərimə meydançasına göndərilib.
Honqkonq şəhərinin rəhbərliyinin belə tədbirə əl atmasına səbəb, 2020-ci ildə küçə yarışçılarına dair şikayətlərin 40% artması olub. Müraciətlərin əksəriyyəti həftə sonları və tətillərdə, gecə və səhər tezdən qeydə alınıb - əksər sakinlər həddindən artıq səs-küydən şikayət edirlər. Foto və video kameralar tərəfindən yazılan cərimələr superkar sahiblərini heç də narahat etmir.