Pagani şirkətinin yaradıcısı olan Horasio Paqani Ferrari şirkətinin Maranellodakı müəssisəsindən F12tdf modelinin xüsusi modifikasiyasını təhvil almışdır. Yeganə nüsxədə buraxlmış avtomobil Paqaninin sifarişi ilə hazırlanmışdır.

Xüsusi Ferrari F12tdf modelinin üzərində, italyan markasının unikal avtomobillərinin hazırlanmasına cavabdeh olan Tailor-Made bölməsi çalışmışdır. Superkar kuzovun unikal rəng sxeminə, yeni təkər disklərinə və avtomobilin Horasio Paqani tərəfindən sifariş edildiyini bildirən salonda bərkidilmiş lövhəciyə malikdir.

Tour de France  mrafonuna həsr edilmiş Ferrari F12tdf modeli Ferrari F12berlinetta superkarının “qaynar” variantıdır. Ferrari F12tdf modeli 780 at qüvvəsinə malik olan 6,3-litrlik V12 mühərriki və F1 DCT robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. F12tdf modeli 100 km/saat sürətini 2.9 saniyəyə toplayır. Onun maksimal sürəti isə 340 km/saata bərabərdir. Cəmi 799 ədəd F12tdf modeli istehsal ediləcəkdir.

Bir müddət bundan əvvəl, Horasio Paqani Porsche şirkətinin dilerindən sifariş etdiyi unikal Porsche 911 R modelini təhvil almışdı. Bu avtomobil bu günə qədər buraxılmış ən az çəkiyə malik olan 911 modelidir.