İT nəhəngi Huawei Çinin avtomobil sənayesindəki iştirakını genişləndirməyə davam edir. Bu dəfə İT korporasiyası tərəfdaşı Dongfeng holdinqi ilə birlikdə yeni Yijing brendini (ingiliscə - Epicland) yaradıb. Formal olaraq Yijing/Epicland Dongfeng və Huawei şirkətlərinin ilk birgə brendidir.

Əslində isə, iki şirkət uzun müddətdir ki, Dongfeng holdinqinə bağlı Seres şirkəti vasitəsilə sıx əməkdaşlıq edir. Huawei sonuncu ilə birlikdə Aito brendini yaradıb. Buna görə də, ən yeni Epicland X9 krossoverinin bu yaxınlarda planlaşdırılan yeniləmədən keçən Aito M9 flaqman krossoveri ilə bir çox oxşarlığa sahib olmasında təəccüblü heç nə yoxdur.

İki “doqquzluq” eyni kuzovu paylaşır və bunu təkcə Epicland X9 modelinin görünüşü deyil, həm də ölçüləri sübut edir. Krossoverin uzunluğu 5301 millimetr, eni - 2015 millimetr, təkər bazası isə, 3120 millimetrdir.

Onun yenilənmiş Aito krossoveri ilə ölçü fərqi elə də böyük deyil: M9 modelinin uzunluğu 5285 millimetr, eni - 2026 millimetr, təkər bazası isə, 3125 millimetrdir. Bu fərq kuzov dayağından qaynaqlanır, çünki Epicland X9 ayrı işıqlandırma texnikası və Huawei XPixel proyeksiya faraları olan özünəməxsus ön hissəyə malikdir. 

Arxa monofənər də oxşar piksel naxışına malikdir. Digər fərq - “batırılmış” qapı tutacaqlarının ənənəvi konstruksiyasıdır. Krossover ya bir rəngli, ya da iki rəngli boya örtüyünə malik ola bilər.

Epicland X9 krossoverinin ən son Huawei Qiankun ADS 5 avtonom idarəetmə sistemi ilə təchiz olunduğuna ön şüşənin üstündəki qabaqcıl lidar (896 xətt) və kuzovun perimetri boyunca səpələnmiş digər sensor və kameralar işarə edir. 

Yeni X9 krossoverinin salonu yalnız fraqmentlərlə göstərilib, lakin artıq onun üç cərgəli və altı oturacaqlı olacağı aydındır. Bundan əlavə, salon sözün əsl mənasında ekranlarla doludur. Ön paneldə media sistemi və ön sərnişin üçün iki “televizor”, ilk iki cərgənin oturacaqlarının arxasına quraşdırılmış dörd əyləncə ekranı və tavandan asılmış daha böyük bir ekran var.

Ağıllı səs köməkçiləri ilə birlikdə, bütün bu elektronikanın Huawei şirkətinin firma HarmonyOS Cockpit 6 sistemi tərəfindən idarə olunduğu deyilir.

Epicland X9 modelinin texniki hissəsi haqqında hələlik heç bir məlumat yoxdur, lakin kuzov kimi, onun da Aito M9 modelindən götürüləcəyini güman etmək olar. X9 qoşulan hibrid və ya sirf elektromobil ola bilər. Birinci halda, 160 at qüvvəli 1,5-litrlik turbomühərrik 60 və ya 75 kilovat/saatlıq batareyanı dolduran generator kimi çıxış edir.

İkinci halda isə, avtomobil 675 at qüvvəsi hasil edən ikimühərrikli tam ötürmə sistemilə hərəkətə gəlir. Sırf elektrik dartması ilə gediş məsafəsi versiyadan asılı olaraq 250 ilə 335 kilometr arasında dəyişir. Elektrik versiyası 120 kilovat/saatlıq batareya və eyni elektrik mühərrikləri ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Maraqlıdır ki, premium Aito brendindən fərqli olaraq, yeni Epicland brendi hələlik belə mövqeləndirilmir. Dongfeng konserni bu seqmentdə özünün Voyah brendi ilə çıxış edir, buna görə də Yijing/Epicland modelinin bir pillə aşağıda yerləşəcəyini, yəni daha ucuz olmacağını gözləmək olar. A

şağı qiymətlər daxili bazardakı rəqabət üstünlüyü ilə yanaşı, Epicland krossoverinin ixrac perspektivlərini də yaxşılaşdırmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.