Hublot firması Ferrari markasının 70 illik yubileyinə həsr edilmiş saat modelini təqdim etmişdir. Turiyonlu xronoqrafın təqdimat mərasimi İsveçrədəki Baselworld sərgisində baş tutmuşdur.
Techframe Ferrari 70 Year Chronograph saatının gövdəsi titandan, çəhrayı qızıldan və karbon lifi ilə gücləndirilmiş xüsusi orqanik polimerdən - poliefirfikertondan hazırlanır. Gövdənin eni 45 millimetr, qalınlığı isə 14,8 millimetrdir. Saatın mexanizmi beş gün çalışma ehtiyatı və 253 komponentdən ibarət olan mexanizmdir.
Saat üç atmosfer sukeçirməzliyə malikdir. İdarəetmə mexanizminin düymələri andronlaşdırılmış alüminiumdan hazırlanmışdır. Artıq beş ildir ki Ferrarinin tərəfdaşı olan Hublot firması titan gövdəli xronoqrafa 127000 dollar qiymət qoymuşdur. Karbon variantı - 137000 dollara, qızıl variantı isə 158000 dollara satılacaqdır.