Bu gün Budapeşt yaxınlığındakı Hunqaroqinq trekində keçirilmiş ikinci sərbəst yürüşlərə Audi RS5 DTM avtomobilində çıxış edən pilotlar liderlik etmişdirlər.
Sərbəst yürüşlərin başlanğıcından sonuna kimi ən yaxşı zaman uğrunda mübarizə İnqolştat təmsilçiləri arasında getmişdir. İlkin olaraq zamanı dünənki sərbəst yürüşlərin birincisi Mayk Rokenfeller qeydə almışdır. 1.38.597 zamanla birinciliyə yerləşən Rokenfelleri Loik Duval ikinci yerə gerilətmişdir. Bundan sonra ilk sıra Audi pilotları arasında əl dəyişdirməyə başlamışdır.
Qrin, Duval, Rokenfeller bir-birinin ardınca sürətli dövrələr edərək ilk yer uğrunda mübarizə apamışdırlar. Ümumiyyətlə bu günki sərbəst yürüşlərdə Audi RS DTM siluetində çıxış edən pilotlar böyük üstünyülə malik olmuşdurlar. Belə ki, 30 dəqiqəlik sərbəst yürüşlərin sonunda ilk onluqda Audi altı avtomobillə təmsil olunmuşdur.

Niko Müller (Audi RS5 DTM)
Birinci yerdən beşinciyə qədər olan yerləri İnqolştat təmsilçiləri zəbt etmişdirlər. Audi pilotlarından yalnız Loik Dyüval 10-cu yerdə qərarlaşmışdır.
İlk beşlik belə sıralanmışdır: Ceymi Qrin, Niko Müller, Mayk Rokenfeller, Mattias Ekstrem və Rene Rast. Altıncı və doqquzuncu yerdə Mercedes pilotları Maro Engel və Lucas Auer, yeddinci və səkkizinci isə Bavariya istehsalçısını təmsil edən Timi Qlok və Auqusto Farfus qərarlaşmışdırlar.
Bu gün həftəsonunun ilk təsnifat mərhələsi və yarışı keçiriləcəkdir. DTM həvəskarlarının həyəcanlar gözlədiyi anlara sayılı saatlar qalmışdır. DTM çempionatının yarışlarını seriyanın YouTube'dakı kanalında canlı izləyə bilərsiniz.
