Audi Sport komandasının alman təmsilçisi Mayk Rokenfeller Macarıstandakı Hunqarorinq avtodromunda keçirilən ilk sərbəst yürüşlərin birincisi olmuşdur.
Sessiyanın başlanmasına 10 dəqiqə qalmış qısa yağış yağması səbəbi ilə avtomobillər yürüşlərə yağış təkərləri ilə çıxmağa məcbur olmuşdurlar. Team Phoenix komandasının pilotu özünün ən yaxşı dövrəsini 1.36,404 zamanı ilə başa vurmuşdur. Mayk günün ikinci sürətli pilotu olan komanda yoldaşı Niko Mülleri 0,160 saniyə üstələmişdir. Üçüncü nəticəni isə, qüvvədə olan dünya çempionu Marko Vittmann (BMW) göstərmşdir. Marko liderdən 0,580 saniyə geridə qalmışdır.
Günü dördüncü olaraq tamamlayan pilot Mattias Ekstrem (Audi) olmuşdur. BMW komandasının braziliyalı pilotu Auqusto Farfus beşinci nəticəni göstərmişdir. Altıncı, yeddinci və onuncu yerlərdə İnqolştat istehsalçısının təmsilçiləri Rene Rast, Ceymi Qrin və Loik Dyuval qərarlaşmışdırlar.
Timo Qlok (BMW) səkkizinci, Mercedes pilotları arasında ilk onluğa girməyi bacarmış Lukas Auer doqquzuncu olmuşdur.
