DTM çempionatının Hunqarorinqdə keçirilən növbəti mərhələsinin ilk yarışında qələbəni Mercedes komandasının şotlandiyalı pilotu Pol di Resta əldə etmişdir. Yarışı 13-cü yerdən başlayan şotlandiyalı erkən sayəsində 60 dəqiqəlik yarışın sonunda damalı bayrağı görən ilk pilot olmuşdur.

Di Resta ilə birlikdə eyni taktikanı tətbiq etmiş BMW komandasının pilotları Timo Qlok və Bruno Spenqler yarışı ikinci və üçüncü olaraq bitirmişdirlər.

Yarışa arxa cərgələrdən başlamış pilotların uğurunun səbəbi təkcə pit-stop taktikası olmamışdır. Bu uğurun əsas səbəbi yarışın ortalarında Maksim Martenin (BMW) avtomobilini trekdə saxlaması olmuşdur. Xarab olmuş BMW M4 DTM avtomobilinin təxliyə edilməsi üçün trekə təhlükəsizlik avtomobili çıxmalı olmuşdur.

Bu da erkən pit-stopa yollanan işlərini asanlaşdırmış və bu üçlüyün podiuma çıxmasına səbəb olmuşdur. Yarışın başlanğıcı hadisəsiz ötüşmüşdür. Auqusto Frafus və Lukas Auer uğurlu start nəticəsində bir pillə yüksələ bilmişdirlər. Yeganə insident iki komanda yoldaşı Maksim Marten və Tom Blomkvist arasında yaşanmışdır. Martenin avtomobilinin təması Blomkvistin avtomobilin yerində fırlanmasına səbəb olmuşdur. Marten yarışın ortalarında yarışdan kənar qalsa da, Blomkvist daha sonra yarışı tərk etməli olmuşdur.

Təhlükəsizlik avtomobilinin treki tərk etməsindən sonra verilən restartda Mattias Ekstrem komanda yoldaşı Rene Rastdan daha çevik olmuşdur.

Dənrələrin birində Loik Duvalın (Audi) qəfil əyləcə basması zəncirvari qəzaya səbəb olmuşdur ki, bu da Müller, Farfus və Auerin idarəetməni itirərək peletonun sonlarına düşməsinə səbəb olmuşdur. Bununla belə, təhlükəsizlik avtomobili liderlik edən Audi dördlüsünün qələbə şanslarını alt-üst etmişdir. Keçirilmiş pit-stoplardan sonra Audi pilotları di Resta, Qlok və Spenqler üçlüsünün arxasında qalmışdırlar. İnqolştat təmsilçilərindən ən yeyini olan Rokenfeller ilkin olaraq Ekstremi arxada qoyaraq ilk üçlünü təqib etməyə cəhd göstərmişdir.

Yarışın bitməsinə iki dövrə qalmış Spenqleri yaxalayan Rokenfeller onu keçməyə cəhd etsə də, buna nail ola bilməmişdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt