Bu gün Hunqaroqinqdə keçirilən ikinci təsnifat mərhələsində poulun sahibi Audi pilotu Rene Rast olmuşdur. Onunla birlikdə ilk sıradan yarışa BMW komandasının çempion pilotu Marko Vittmann başlayacaqdır.

Alman pilot son dəqiqələrdə sürprizə imza ataraq ikinci nəticəni göstərmişdir. Sessiyayanın bitməsinə üç dəqiqə qalmış Mayk Rokenfeller günün protokoluna başçılıq etməyə davam edirdi. Lakin, təsnifat mərhələsinin son dəqiqəsində Vittmann möhtəşəm zamana imza ataraq ilk yerə yüksəlmişdir. 

Dünən poulu qazanmış Rene Rast sessiyanın son saniyələrində yenidən sürətli dövrəsində 1.34,740 zamana imza ataraq poulu Bavariya təmsilçisinin əldindən almışdır.  Üçüncü və dördüncü nəticəni Audi pilotları Mayk Rokenfeller və Ceymi Qrin göstərmişdirlər. 

Ştutqart təmsilçilərindən ən yaxşı zamana imza atan pilot cempionatın lideri olan Lukas Auer olmuşdur. O, bu gün Audi pilotu Niko Müller ilə birlikdə üçüncü cərgədən start alacaqdır.

İlk onluğa düşməyi bacarmış pilotlar Timo Qlok və Auqusto Farfus (hər ikisi BMW), Paffett (Mercedes-Benz) və Mattias Ekstrem (Audi) olmuşdurlar.

Beləliklə, bu gün keçiriləcək yarışda İnqolştat təmsilçiləri ilə həm Mercedes, həm də BMW pilotlarının rəqabət aparacağını ehtimal etmək olar.

Hunqarorinqin ötməyə o qədər də imkan yaratmadığını nəzərə alaraq pit-stop strategiyalarının böyük əhəmiyyət kəsb etdiyini söyləmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt