Bu gün Hunqaroqinqdə keçirilən üçüncü sərbəst yürüşlərdə Audi komandası yenidən hegemonluq etmişdir. İnqolştat komandasına yeganə rəqib Mercedes komandasının pilotu Lukas Auer olmuşdur.
Sərbəst yürüşlərin ilk anlarından Audi RS5 DTM avtomobillərində çıxış edən pilotların üstünlüyə malik olacağı görünürdü. İnqolştat təmsilçiləri ilk dörd yeri zəbt edərək Mercedes və BMW pilotlarına şans verməmişdirlər. Günün birinci nəticəsini 1.35,802 zamanla dünənki poulun sahibi Rene Rast göstərmişdir.
Ştutqartdan istehsalçısının pilotları ilk onluğa daxil olmağı bacarsalar da, onların Münhendən olan rəqibləri ümumiyyətlə ilk onluğun xaricində qalmışdırlar. Beləliklə, Audi komandası tam tərkibdə ilk onluqda təmsil olunmuşdur. Mercedes isə, ilk onluğa dörd avtomobillə daxil olmuşdur.

Lukas Auer, 22, BWT Mercedes-AMG C 63 DTM
Qeyd etmək lazımdır ki, Audi pilotlarına ilk altı yeri tutmağa mane olmuş pilot Lukas Auerdir. Mercedes komandasının avstriyalı pilotu beşinci nəticəni göstərərək, Audi pilotları Ekstrem və Dyuvalı üstələyə bilmişdir.
Beləliklə, ilk onluqdakı sıralama növbəti şəkildəddir: Rast, Qrin, Müller, Rokenfeller (dördü də - Audi), Auer (Mercedes), Ekstrem, Dyuval (hər ikisi Audi), Paffett, di Resta və Engel (hər üçü Mercedes-Benz). Mercedes-Benz pilotlarından ən uğursuz çıxış edəni keçən ilin vitse-çempionu Edoardo Mortara olmuşdur.
O, yalnız 15-ci nəticəni göstərə bilmişdir. BMW komandasının pilotları isə, 12 - 18 yerlər arasında sıralanmışdırlar. Bavariyalıların ən sürətli pilotu 12-ci nəticəni göstərmiş Maksim Marten olmuşdur.
