“Yoldankənar” Lamborghini kupesinin istehsala hazırlanması barədə şayiələr demək olar ki, effektiv Huracan Sterrato konseptinin 2019-cu ildəki nümayişindən dərhal sonra peyda olmuşdular. Üstəlik, italyan markasının texniki direktoru Maurizio Reciani 3D-çapı texnologiyaları sayəsində belə xırdaseriyalı modeli buraxmaq üçün bütün imkanların olduğunu bildirmişdi.
Lamborghini Huracan Sterrato Concept
O zamandan bəri, kamuflyaja bürünən klirensi artırılmış prototiplər dəfələrlə casusların obyektivlərinə tuş gəliblər. Bu ilin yazında isə, Lamborghini şirkətinin rəhbəri Stefan Vinkelman 2022-ci ildə Huracan modelinin iki yeni versiyasının peyda olacağını bildirib - qeyd etmək gərəkdir ki, bu saya yarış avtomobilləri daxil deyil. Anons edilən avtomobillərdən biri – Huracan Tecnica modeli bir ay bundan əvvəl debüt edib, indi isə, növbə ikinci avtomobilindir. Əlimizdə Sterrato modelinin yol sınaqları zamanı çəkilmiş yeni şəkilləri də var.
Lamborghini Huracan Sterrato modelinin sınaq prototipi
Yeni prototip əvvəlkilərdən bir qədər fərqlənir, lakin onun son formaya nə qədər yaxın olduğunu söyləmək çətindir. İstənilən halda, Huracan Sterrato modelinin artılırmış klirensə və damdakı hava girişinə sahib olacağı aydın görünür. Bununla belə, sonuncu prototipdə ofroud versiyasının atributları sayılan əlavə işıq texnikası, təkər tağlarının genişləndiriciləri və dam reylinqləri yoxdur.
Lamborghini Huracan Sterrato modelinin sınaq prototipi
Əgər konseptə əsaslansaq, o zaman Huracan Sterrato modelinin altlığın və kandarların müdafiəsini, genişləndirilmiş təkər izini, salondakı təhlükəsizlik qəfəsini alacağını gözləmək olar. 5,2-litrlik V10 ailə mühərrikinin ciddi dəyişikliklərə məruz qalacağından əmin deyilik, lakin güc aqreqatına, asqı və sabitləşdirmə sistemlərinə nəzarə edən firma Lamborghini Dinamica Integrata sisteminə yenidən baxılmalıdır.
Şayiələrə görə, “yoldankənar” Huracan superkarı min nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Üstəlik, bu superkar yalnız daxili yanma mühərriki ilə təchiz edilən son Lamborghini superkarlarından biri olmalıdır: gələn ildən başlayaraq italyan markası hibridlərin buraxılışı ilə məşğul olacaq, daha sonra isə tamölçülü elektromobillərə keçməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.