2023-cü ilin payızında HWA AG şirkəti iddialı bir layihəyəyə başladığını elan edib - məşhur AMG tüninq atelyesinin həmtəsisçilərindən biri olan alman şirkəti DTM erasının əfsanəvi avtomobili - Mercedes-Benz 190E 2.5-16 Evolution II sedanını yenidən canlandırmağa hazırlaşır. O, yeni HWA Legacy bölməsinin ilk restomodu olacaq. Restomod 1980-1990-cı illərin Mercedes-Benz W201 sedanının əsasında hazırlanacaq, əlbəttə ki, müasir texnologiyaları alacaq. Restomod məhdud tirajla buraxılacaq.
“HWA Evo modelinin layihələndirilməsi, işlənməsi və yekun dizaynına 12.000 saatdan çox vaxt sərf olunub. Bu dizayn Affalterbaxda çalışan istedadlı komandanın Milad və Yeni il hədiyyəsidir. Bayramınız mübarək!”, - layihə müəllifləri bildiriblər.
Restomodun dizaynından göründüyü kimi, HWA Evo sedanı Prodrive P25 ilə eyni üslubda inşa edilib - orijinal modelin dizaynı demək olar ki, dəyişməz qalacaq, lakin kuzovun altında ciddi şəkildə təkmilləşdirilmiş şassi, yeni mühərrik, əyləclər və müasir təhlükəsizlik sistemləri gizlənəcək.
Başlanğıc qiyməti 100 min avro olan HWA Evo sedanı 100 nüsxəlik tirajla buraxılacaq. Restomodun istehsalının başlanması tarixi açıqlanmayıb. Təbii ki, kuzovda Mercedes-Benz və AMG emblemləri olmayacaq, çünki alman avtomobil istehsalçısı bu layihədə iştirak etmir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.