Hyundai şirkəti Tucson krossoverinin «qaynar» variantını istehsal edəcəkdir. Bu barədə məlumatı, idman avtomobillər hazırlayan N bölməsinin başçısı Albert Birmanna istinadən avstraliyanın Drive.co nəşri yaymışdır.
«Bu ana bizim üçün heç bir məhdudiyyət təyin edilməmişdir. Biz fəaliyyətimizə C seqmentindən (Hyundai i30 modeli) başlamışıq. Bir müddət sonra «qaynar» kupe də işıq üzü görməlidir. Bununla belə, biz artıq B seqmentinin modeli və ofroder üzərində çalışırıq. Biz istənilən təklifi nəzərdən keçirməyə hazırıq. İdarəetməsindən həzz aldığınız avtomobillər ölçü və siniflə məhdudlaşa bilməz. Belə avtomobilləri mövcud olan istənilən seqmentdə hazırlamaq olar», - Birmann bildirmişdir. Tucson modeli haqqında danışarkən, Birmann bu krossoverdən «qaynar» model hazırlamağa onun yaxşı şassinin yardım edəcəyini bildirmişdir.
Onun sözlərinə görə, belə avtomobilə güclü mühərriki əlavə etmək, asqısının hündürlüyünü azaltmaq, sükan idarəetməsinin yenidən tənzimləmək və idman şinləri quraşdırmaq kifayət edir.
Artıq elan edildiyi kimi, «qaynar» Hyundai modellərindən ilki i30N hetçbeki olacaqdır. Bu avtomobilin prototipi artıq ümumi istifadə üçün nəzərdə tutulmuş yollarda sınaqdan keçir.
Bu modelin 260 at qüvvəsinə malik olan turbomühərriki, mexaniki ötürmələr qutusunu, özüqapanan differensialı, ayrıca dönmə yumruqları olan ön asqını və daha aqressiv buraxılış sistemini əldə edəcəyi ehtimal olunur.
N bölümünün ilk məhsulunun rəsmi təqdimat mərasimi bu ilin sentyabrında keçiriləcək Frankfurt avtosalonunda baş tutacağı məlumdur.