Bir neçə gün bundan öncə, Hyundai 45 elektrokarının sınaq prototipinin ümumi istifadə yollarında göründüyü barədə yazmışdıq. Bu gün isə, "Auto Express" nəşri yeni elektrokarın Nürbuqrinq trekində sınaqları zamanı çəkilmiş şəkillərini yayıb.
Dərc edilmiş şəkillərdə elektrik hetçbekinin güclü kamuflyaj örtüyünü atdığı və nazik kamuflyaj örtüyü ilə üzləndiyini görürük. Bu, məşhur trekdə sınaqdan çıxarılan avtomobilinin Hyundai 45 modelinin seriyaöncəsi versiyasının olduğuna dəlalət edir. Şirkət daxilindəki mənbələr yeni elektrokarın ilin sonuna qədər debüt edəcəyini və 2021-ci ildə satışa çıxacağını bildiriblər.
Hyundai 45 konsepti koreya markasının 1974-cü ildə buraxdığı Pony Coupe modelinə həsr edilib. Şəkillərdən də göründüyü kimi, seriya modeli konseptin iti bucaqlarından məhrum edilib: məqsəd avtomobili piyadalar üçün daha təhlükəsiz etməkdir. Bununla yanaşı, sınaq prototipinin şou-karın siluetini, işçıq texnikasının formasını, arxa qapı üzərindəki spoyleri və təkər dsiklərini qoruyub saxlaması diqqəti çəkir.
45 hetçbekinin seriya versiyası Hyundai qrupunun elektromobillər üçün hazırladığı E-GMP modul platformasında inşa ediləcəkdir. Yaxın gələcəkdə bu platforma Hyundai və Kia markalarının yeni elektrokarlarının əsasını təşkil edəcəkdir. Eyni zamanda, elektrokar 800 voltluq yükləməni dəstəkləyəcək və 350 kilovatlıq Ionity terminallarına qoşulmanı təmin edəcəkdir.
Elektrokarın interyer şəkilləri olmadığına görə, salonun arxitekturası və tərtibat materialları barədə mülahizə yürütmək çətindir. Yeganə qaranlıq qalan məsələ isə, Hyundai 45 modelinin güc qurğusunun xarakteristikalarıdır. Ümid edirik ki, yaxın zamanlarda bu məsələyə də aydınlıq gətirilər.
Mənbə: Auto Express