Hyundai şirkəti artıq Frankfurt avtosalonunda 45 EV adlı konsepti göstərəcəyini bəyan edib. Bu gün koreya markası konseptin ikinci tizerini dərc edib. Hyundai 45 EV modelinin çöhrəsində koreya markasının ilk avtomobili olan Pony hetçbekinin tanış cizgilərini görmək olar.
Konseptin adındakı 45 rəqəmi Cənubi Koreya istehsalçısının yaşından xəbər verir. Konseptin xarici görkəmi 1974-cü ildə Turindəki sərgidə debüt etmiş Pony modelindən ilham alınaraq yaradılıb. 1976-cı ildə istehsalına başlanmış avtomobilin dizaynı üzərində Corcetto Cucaro işləyib.
Hyundai 45 EV modeli IDA (Integrated Drive Axle) aparıcı oxu inteqrasiya edilmiş E-GMP (Electric-Global Modular Platform) modul platformasında inşa edilib. Konseptin seriyaöncəsi prototipi gələn il işıq üzü görməlidir. Yeni model 450 kilometrlik yürüş ehtiyatına malik olan elektrik kupe-kross olacaqdır.