Hyundai şirkəti pilləsiz transmissiyanı daha kütləvi etmək qərarına gəlib. Artıq Accent və Elantra modelləri də variatorla təklif ediləcəkdirlər.
Smartstream ailəsindən olan Intelligent Variable Transmission (IVT) variatoru koreya konserninin öz məhsuludur. Yeni variator daha geniş yayılmış təkanverici kəmər əvəzinə dartan gücləndirilmiş kəmərdən istifadə edir. Yeni IVT variatoru 2017-ci ildə debüt edib, lakin satış bazarından asılı olaraq Kia Forte və Hyundai i20 modellərində təklif edilirdi. İndi isə, söhbət amerikan bazarı üçün vacib olan iki modeldən gedir.
Koreya konserninin ən kütləvi modeli olan Hyundai Accent variatorla yanaşı, qarışıq çiləməsi olan Smartstream G1.6 mühərriki ilə də təchiz ediləcəkdir. Yeni mühərrik 122 at qüvvəsi və 153 Nm fırlanma anı hasil edir. Bu, yeni mühərrikin sələfində olduğundan 10 at qüvvəsi və 8 Nm azdır. Lakin, yeni tandem 100 kilometrə 1 litr qənaət etməyə imkan verir.
Hyundai Elantra isə yalnız variatorla kifayətlənməli olub. Bu dəyişiklik avtomobilin qənaətcilliyinə ciddi təsir göstərib. İndi model 100 kilometrə 6,7-6,9 litr arasında yanacaq sərf edir.