Bu həftəsonu Dünya rally çempionatının növbəti mərhələsi Argentinada keçirilib. Rallinin sonuncu gününə lider olaraq başlayan Hyundai komandasının belçikalı pilotu Tyeri Nyövil inamlı şəkildə yarışın gedişinə nəzarət edərək Argentinada qələbə qazanıb.
Cənubi Koreya markasını təmsil edən belçikalı bazaar günü seksiyasını yaxın rəqibindən 45 saniyəlik üstünlüklə başlayıb. Yarışı rahat şəkildə tamamlamaq imkanına malik olan belçikalı pilot, bununla qane olmayıb və üç dopdan birində qalib gələrək finişdə üstünlüyünü 48 saniyəyə çatdırıb.
Tyerri Nyövill
Nyövilin ən yaxın təqibçisi və rəqibi onun komanda yoldaşı Andreas Mikkelsen olub. Rallini birinci və ikinci yerdə bitirən belçikalı və norveçli son iki ildə Hyundai markasına ilk dublunu qazandırıblar. Sonuncu dəfə Hyundai heyətləri Polşa Rallisində ilk iki yeri tutmuşdular.
Andreas Mikkelsen
Üçüncü yerin taleyi isə sonuncu xüsusi hissədə həll edilib: Kris Mikin idarə etdiyi Toyota Yaris avtomobili təkər deşilməsi ucbatından sürət itirməyə başlayıb. Nəticədə ilk üçlüyə bu xüsusi hissədə qalib gəlmiş qüvvədə olan dünya çempionu Sebastyen Ojye daxil olub. Kris Mik isə rallini dördüncü bitirərək yapon markasının ən yaxşı nəticə göstərən pilotu olub. Onun komanda yoldaşları Yari-Matti Latvala beşinci, Ott Tyanak isə səkkizinci olublar. Danni Sordo altıncı, Teemu Suninen – yeddinci, Mads Ostberq doqquzuncu olub. İlk onluğu Pedro Geller tamamlayıb.
Argentinadakı qələbədən sonra pilotlar çempionatına Tyeri Nyövill başçılıq edir. Onu Sebastyen Ojye təqib edir.