İspan km77.com nəşrinin jurnalistləri növbəti “sığır testini” keçiriblər. Bu dəfə ispanlar Hyundai Bayon büdcə krossoverinin manevr qabiliyyətini yoxlayıblar. Sınaqlar zamanı Koreya krossoveri öz sinifi üçün qənaətbəxş nəticələri əldə edib. Lakin krossover qəfil yerdəyişmələrin öhdəsindən tam şəkildə gələ bilməyib – avtomobilin dayanıqlılığına nəzarət edən elektronika ara-sıra idarəetmə prosesinə qarışıb.
“Sığır testi” zamanı Hyundai Bayon modeli yerdəyişməni 75 km/saat həddində yerinə yetirməyə müvəffəq olub ki, bu da bir çox krossoverlər üçün yaxşı nəticə sayılır. Lakin bu nəticə krossoverin ən yaxşı nəticəsi olaraq qalıb. 77 km/saat sürətində krossover konusları vurub-yıxaraq, koridora daxil ola bilməyib. Nütün növbəti cəhdlər fiasko ilə nəticələnib.
Ekspertlər bu uğursuzluğun əsas səbəbini, avtomobilin dayanıqlılığına nəzarət edən elektron sistemin idarəetmə prosesinə həddən ziyadə qarışmasında görürlər. Mütəxəssislərin fikrini Hyundai Bayon modelinin sürətinin hiss olunacaq dərəcədə azalması təsdiq edib. Buraxılmış akselerator pedalı ilə həyata keçirilən manevrlər zamanı, 75 km/saat sürəti ilə birinci koridora daxil olan krossoverin finişdəki sürəti 38 km/saat təşkil edib.