Yığcam Hyundai Bayon krossoveri xüsusi olaraq Avropa bazarı üçün yaradılıb və 2021-ci ildə debüt edib. O, üçüncü nəsil Hyundai i20 hetçbekinin ən yaxın qohumudur, lakin Bayon modelinin özünəməxsus, orijinal dizaynı olan bir qədər böyük kuzovu var. Hyundai cəlbedici görünüşü və müasir interyeri bu krossoverin əsas üstünlüyü hesab edir. Odur ki, yenilənmə zamanı əsas üstünlüyün eksteryer və interyerdəki dəyişikliklərə verilməsində təəccüblü bir şey yoxdur.
Krossoverə kənardan baxdıqda onun daha da künc-bucaqlı olduğu diqqəti çəkir. Bunu fərqli radiator barmaqlığı olan yeni ön bamper və mühərrik bölməsinin eni boyu uzanan gümüşü “müdafiə” vurğulayır.
Fənərlər dəyişməyib, lakin onlar tündləşdiriliblər, gündüz hərəkət işıqların “qaşları” arasında isə, arasında dəbli LED zolaq peyda olub. Arxa tərəfdə yeni çıxıntılı bamper quraşdırılıb. Təkər diskləri çeşidinə yeni dizaynlı 16 və ya 17 düymlük variantlar daxil edilib. Kuzov rəngləri palitrası dörd çalar ilə genişləndirilib.
İlk baxışdan salon dəyişməyib, lakin interyerdəki fərqlər nüanslardadır. Məsələn, multimedia sisteminin əvvəlki standart səkkiz düymlük ekranı 10,25 düymlük displeylə əvəzlənib. Media sistemi “havadan” yenilənən naviqasiya sistemini əldə edib.
Salonda iki əlavə USB-C konnektoru peyda olub - biri öndə, digəri isə arxada. Salonu LED lampalar işıqlandırır, kontur işıqlandırması isə əlavə ödəniş qarşılığında təklif olunur.
Texniki dəyişikliklər barədə məlumat verilməyib. Hyundai Bayon modelinin baza versiyası Avropada 84 at qüvvəsi hasil edən dördsilindrli 1,2 MPI atmosfer mühərriki və beş pilləli mexaniki transmissiya ilə təchiz edilir. Əlavə ödəniş müqabilində 100 və ya 120 at qüvvəsi hasil edən 1.0 T-GDI turbomühərriki təklif olunur.
Daha güclü versiya standart olaraq 48 voltluq startyor-generator ilə təchiz edilir, 100 at qüvvəli versiya üçün isə, startyor-generator opsiyadır. Belə hibridlər adi altı pilləli mexaniki transmissiyanın əvəzinə naqillər vasitəsi idarələnən muftası olan iMT6 transmissiyası ilə təchiz olunurlar. Hər iki turbovariantı yeddi pilləli preselektiv “robot” ilə də sifariş etmək olar. Ötürmə - yalnız ön oxadır.
Hyundai Bayon krossoverləri i20 hetçbeklərinin istehsal olunduğu Türkiyədəki zavodda yığılırlar. Yenilənmiş avtomobillərin istehsalına yaxın vaxtlarda başlanmalıdır, qiymətlər satışlar başlananda açıqlanacaqlar. Hazırda restaylinqən əvvəlki Bayon modelinin qiyməti 21 min avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.