Hyundai şirkəti model xəttini daha ucuz krossover ilə genişləndirmək niyyətidədir. Yeni model Hyundai Creta modelindən bir pillə aşağıda qərarlaşacaq və əsasən Hindistan bazarında satılacaqdır. Krossoverin satışlarının 2019-cu ildə başlanacağı da bildirilmişdir.
Hyundai şirkətinin yeni yığcam krossoverini n buraxılacağı barədə məlumat bu gün məlum olmuşdur. Bu barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə Hyundai Motor Company şirkətinin Hindistan bölümünün rəhbəri Hyundai Tucson modelinin təqdimatı zamanı bildirmişdir. Xatırladaq ki, Hyundai markasının əlçatan krossover buraxacağı haqqında məlumat bir müddət bundan əvvəl məlum olmuşdur. O zaman “büdcə” krossoverinin 2018-ci ilin əvvəlində Hindistanda keçiriləcək Auto Expo avtomobil sənayesi sərgisində keçiriləcəyi bildirilmişdir.
Çox güman ki, dörd metrlik uzunluğa malik olacaq konseptual krossover Hyundai Grand i10 modelinin əsasında yaradılacaqdır.