Hyundai şirkəti model çeşidindəki ən kiçik krossoveri - Casper modeli üzərindəki sirr pərdəsini tamamilə götürüb. Markanın Cənubi Koreyadakı saytında 3.6-metrlik modelin tam rəqəmsal cihazlar paneli, multimedia sisteminin kiçik “süzən” ekranını və çoxsaylı fiziki düymələri olan interyerinin ilk şəkilləri dərc edilib. Qeyri-adi həllərsiz də ötüşməyb: mərkəzi tunel olmadığı üçün, fincan tutacaqlarını qatlanan kürək hissəsi olan sürücüsü oturacağına quraşdırıblar.
Casper modelinin baza versiyası 4,2-düymlük rəngli LCD displeyi, iki dinamikli səs sistemi və bir istiqamətdə tənzimlənən ikiqollu çoxfunksiyalı sükan ilə təchiz olunur. Səkkiz düymlük sensorlu ekran isə, ən bahalı versiyada qurşadırılır. Aşağıda iqlim sisteminin idarəetmə bloku və transmissiyanın selektoru yerləşir: bu sahə kuzov rəngini əks etdirən vurğu ilə işarələnir.
Ən bahalı təchizata malik olan krossoverin hər iki ön oturacağı çıxarıla bilən baş dayaqları olan qatlanan kürək hissəsi ilə təchiz olunur - Hyundai şirkətindən bildirildiyinə görə, Casper dünyada belə funksiyaya sahib olan lik avtomobildir. Kürək hissələrində əlavə saxlama yeri təşkil etmək və ya dayanacaqda durarkən ikinci sıradakı sərnişinlərlə üzbəüz oturmaq olar. Arxa tərəfdə 16 santimetr irəli çəkilən və 39 dərəcə bucaq altında qatlamaq mümkün olan iki ayrı oturacaq var.
Hyundai Casper modelinin standart təchizatına LED gündüz hərəkət işıqları, yeddi təhlükəsizlik yastığı, 15-düymlük polad disklər və qızdırılan yan güzgülər daxildir. Köməkçi sistemlər siyahısına öndən toqquşmaların qarşısını alan və zolaqdan çıxmanı xəbərdarlıq sistemləri, avtomatik uzaq işıqlar və təkərlərin təzyiqinə nəzarət sistemi daxildir. Krossoverin top versiyası 17-düymlük yüngül lehimli disklər, qızdırılan dəri sükan, LED işıq texnikası, kruiz-kontrol və hava filtri ilə təchiz edilir.
Mühərrik çeşidinə 67 at qüvvəli 1,0-litrlik atmosfer mühərriki və 100 at qüvvəli 1,0-litrlk turbomühərrik daxildir. Güc qurğuları dörd pilləli avtomatik transmssiya ilə tandemdə çalışırlar. Ötürmə - yalnız ön oxadır.
Cənubi Koreyada Casper modelinə sifarişlər artıq qəbul olunur: krossoverin qiyməti 13.85 ilə 18.7 milyon von (20,1 - 27,2 min manat) arasında dəyişir. Casper modelnin satışlarına sentyabr ayının sonunda başlanmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.