Bu ilin ilk yeniliyi ənənəvi olaraq Yeni ilin yanvarın 1-də deyil, martın ortalarında qeyd edildiyi Hindistanda təqdim olunub. Bir il əvvəl genişmiqyaslı restaylinqə məruz qalmış Hyundai Creta krossoveri indi elektrik versiyasına sahib olub. Yeni Hyundai Creta Electric krossoveri Hindistanda istehsal olunacaq, Mahindra BE 6e, Tata Curvv EV və Suzuki e Vitara modelləri ilə rəqabət aparacaq.

Creta modelinin elektrik versiyası benzin variantından firma piksel dizaynına malik olan yeni bamperləri ilə fərqlənir. Radiator barmaqlığının yerində bağlı panel var, onun mərkəzində isə, CCS Type 2 şarj konnektorunun qapağı yerləşir. Ön bamperin aşağı hissəsində aktiv çəpərciklər quraşdırılıb ki, onlar da yalnız lazım olduqda açılırlar. Yeni 17-düymlük təkər diskləri də peyda olublar.

Creta Electric modelinin ön oxda yerləşən yeganə elektrik mühərriki var, lakin onun texniki xüsusiyyətləri hələlik açıqlanmayıb. Ancaq dartma batareyaları haqqında məlumat verilib. Baza batareyası 42 kilovat/saatlıq tutuma malikdir və Hindistanın ARAI dövrünə uyğun olaraq 390 kilometr yürüş məsafəsini təmin edir.

İkinci variantın göstəriciləri müvafiq olaraq, 51,4 kilovat/saat və 473 kilometrdir. Böyük versiya 100 km/saat sürətini 7,9 saniyəyə yığa biləcək. SC şarj cihazının gücü 60 kilovat, DC cihazın isə, 11 kilovatdır. Şarj kabelini saxlamaq üçün kapotun altında kiçik bir bölmə var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Üç hərəkət rejimi (Eco, Normal, Sport), həmçinin i-Pedal adlı “bir pedallı” idarəetmə rejimi mövcuddur. Creta Electric modelinə xarici istehlakçıları (V2L protokolu) qoşmaq mümkün olacaq. İnteryer benzin versiyasından götürülüb, lakin iki mühüm fərq var: transmissiya selektoru mərkəzi tuneldən sükan sütununa keçib, sükan özü isə, Kona modelindən götürülüb. Seçmək üçün dörd təchizat səviyyəsi təklif ediləcək.

Hyundai Creta Electric krossoverinin ictimai nümayişi yanvarın 17-də Dehlidə Bharat Mobility Global Expo sərgisində baş tutacaq. Eyni zamanda Hyundai qiymətləri və satışların başlama tarixini açıqlayacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.