Hyundai Creta modelinin N Line versiyasının dünya təqdimatı Rusiyada keçirilməli idi, lakin məlum geosiyasi vəziyyət koreyalıları təqdimatı Braziliyaya keçirməyə məcbur edib. Vəd olunduğu kimi, bu gün, iyunun 9-da braziliyalılara populyar krossoverin təkcə eksteryer və interyerin dizaynı ilə deyil, həm də asqının sazlamaları ilə fərqlənən yeni N Line “idman” versiyası təqdim olunub. Braziliyada belə Creta krossoverinin qiyməti 165 090 realdan (57 285 manat) başlayır.

N Line versiyası adi Creta modelindən ön bamperin yeni dizaynı və duman əleyhinə işıqların üçbucaqlı korpusları ilə fərqlənir. Radiator barmaqlığı Tucson modelinin üslubundakı fərqli naxışa malikdir, onun üzərində isə havalandırma kəsiyi peyda olub.

Bütün xrom elementlər tündləşdirilib. Arxada isə, diffuzor və buraxılış sisteminin qoşa çıxış borusu quraşdırılıb. Krossover orijinal dizaynlı 17 düymlük təkər diskləri ilə təchiz edilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Oturacaqlara “N Line” emblemi tikilib, eyni emblem transmissiyanın. dəstəyində və sükan çarxında da var. Salondakı ən parlaq element qırmızı rəngli tikişlərdir

Creta N Line modelinin kapotunun altında 120 at qüvvəli 1,0-litrlik benzin turbomühərriki yerləşir. Creta N Line modelinin əsas rəqibi Kia Seltos GT-line krossoveri olacaqdır. Hindistanda isə krossover Tata Harrier və MG Hector ilə də rəqabət aparacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.