Hyundai şirkəti 2018-ci model ilinin Creta krossoverinin satışlarına başlayıb. Texniki cəhətdən krossover yeganə dəyişikliyə məruz qalıb. İstehsalçı tamamilə hidravlik sükan gücləndiricisindən imtina edərək elektrik gücləndiricisinə üstünlük verib.

Motor.ru saytının bildirdiyinə görə, Creta modelinin təchizat səviyyələrinə yenidən baxılmış və krossoverin avadanlıq siyahısına naviqator əlavə edilmişdir. Qeyd etmək lazımdır ki, Hyundai Creta modelinin təchizat səviyyələrinin sayı üçdən dördə qədər artırılıb.

Travel adlandırılmış yeni səviyyə ən zəngin təchizat səviyyəsi olmuşdur. Bu təchizat səviyyəsinə altı təhlükəsizlik yastığı, arxa parktronik,16-düymlük təkər diskləri və dəri ilə üzlənmiş qızdırılan sükan çarxı daxildir.

Travel versiyası üçün iki opsiyalar dəsti əlçatandır - Style və Advanced. 

Birinci dəstin tərkibinə yeddi düymlük displeyi və naviqasiyası olan, həmçinin Apple CarPlay və Android Auto əlavələrini dətəkləyən multimedia sistemi, ikincinin tərkibinə isə açarsız giriş sistemi daxil edilib. Bu ilin ortalarından bu dəstlərə kruiz-kontrol da daxil edilmişdir. Baza variantı sayılan Start səviyyəsi güzgülərin elektriklə tənzimlənməsi və qızdırılması funksiyalarına sahib olub. Comfort Plus səviyyəsi isə yerini Comfort səviyyəsinə verib.

Artıq Creta Comfort modelini 1,6-litrlik mühərriklə də sifariş etmək mümkündür. Əvvəl bu səviyyə yalnız 2,0-litrlik mühərriklə təchiz edilirdi.