Hindistan bazarında satılan Hyundai Creta modelinin Knight Edition (“Cəngavər”) adlı yeni xüsusi versiyası debüt edib. Hyundai şirkətinin hind saytındakı təsvirə əsasən, yeni versiya tünləşdirilmiş elementləri olan eksteryeri və qırmızı aksentləri olan interyeri ilə seçilir. Xüsusi versiya 1,7-1,8 milyon rupi arasında qiymətə malikdir ki, bu da onu çeşiddəki ən bahalı krossover edir.
Hindistanda Hyundai Creta yeni model ilinə qədəm qoyub və xüsusi Knight Edition versiyasına sahib olub. Əvvəllər olduğu kimi, krossover burada üç güc qurğusu ilə təklif edilir. Yığcam krossoveri 115 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki, eyni gücə və həcmə malik olan dizel aqreqatı, habelə 140 at qüvvəli 1,4-litrlik turbomühərrik ilə əldə etmək mümkündür. Knight Edition versiyası top S+ və SX təchizat səviyyələrinə əsaslanır və yalnız atmosfer mühərrikləri ilə təklif olunur.
“Cəngavər” versiyası standart Creta krossoverindən qırmızı işləmələri olan parlaq qara radiator barmaqlığı, tündləşdirilmiş eksteryer elementləri (yan güzgülərin gövdələri, arxa sütunlar və kandarlar) və qırmızı əyləc supportları (yalnız ön tərəfdə) ilə fərqlənir.
Hyundai loqotipi qara xromla örtülüb, arxa qapıda isə, krossoverin xüsusi seriyaya aid olduğunu göstərən Knight Edition loqotipi peyda olub. İnteryerdə oturacaqların və sükan çarxının qırmızı tikişləri olan üzlükləri, havalandırma sisteminin deflektrolarının qırmızı haşiyəsi diqqəti çəkir.
Yeni model ilinin Creta krossoveri orta səviyyəli S təchizatı, 115 at qüvvəli 1,5 litrlik benzin mühərriki və altı pilləli iMT transmissiyası ilə təklif olunur. Beləliklə, Creta modeli Hyundai markasının model xəttində iMT transmissiyası ilə təklif edilən üçüncü modeldir ( Venue və i20 modellərindən sonra).
1,4-litrlik turbomühərrik üçün başlanğıc təchizat səviyyəsi S+ variantıdır ki, bu da belə modifikasiyanın ilkin qiymətini xeyli aşağı salıb – artıq qiymətlər 1,55 milyon rupidən başlayır. Belə Creta modelinin təchizatına açılan panoram dam, 16-düymlük təkər diskləri, smartfonlar üçün simsiz doldurma sistemi, arxa disk əyləcləri, ESC və elektriklə tənizmlənən yan güzgülər daxildir.
Yuxarıda göstərilənlərin hamısına əlavə olaraq, 2022-ci model ilinin Hyundai Creta modeli üçün təkərlərdəki təzyiqə nəzarət edən sistem standart avadanlığın bir hissəsinə çevrilib, kuzovun rəng palitrasına isə mavi Denim Blue yeni çaları əlavə olunub.
Hyundai Creta modelinin Hindistandakı əsas rəqibləri Kia Seltos, Skoda Kushaq, Volkswagen Taigun, MG Astor və Nissan Kicks modelləridir. Sonradan bu modellərə Toyota və Suzuki tərəfindən birgə hazırlanmış yeni ucuz krossoverlər qoşulacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.