Cənubi Koreyada yeni Hyundai Creta modelinin 20 mm uzadılmış təkər bazasına və üçüncü oturacaq cərgəsinə malik olan prototipi sınaqdan keçirilir. Prototip adi Creta krossoverindən eksteryer dizaynı və yeddi yerli salonu ilə fərqlənir.
IndianAutosBlog saytı tərəfindən yayımlanan şəkildəki prototip duman işığının üstündə yerləşən parktronik sisteminin sensorları ilə təchiz olunmuşdur. Prototip adi Creta modelindən radiator barmaqlığının naxışı və genişlənmiş arxa kuzov çıxışı ilə fərqlənir. Bundan başqa, avtomobilin arxa dayağında kamuflyajla örtülmüş əlavə pəncərəni görmək olar. Krossoverin sükan çarxının sağ tərəfdə yerləşməsi də diqqəti çəkir.
İlkin məlumatlara görə, yeddi yerlik Hyundai Creta 2021-ci ildə Hindistan bazarında satışa çıxarılacaqdır. Böyük ehtimalla, Grand Creta standart model ilə eyni mühərrik çeşidini bölüşəcəkdir. Krossover, 115 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki, 140 at qüvvəli benzin turbomühərriki və 115 at qüvvəli 1,4-litrlik turbodizel ilə təchiz ediləcəkdir.