Hyundai şirkəti Çin bazarı üçün hazırladığı yeni Custo miniveninə marağı artırmaq üçün mütəmadi olaraq şəkillərlə bölüşür. Qeyd etmək gərəkdir ki, minivenin rəsmi təqdimatına bir neçə həftə qalır. Bir neçə gün əvvəl koreyalılar minivenin interyer şəkillərini dərc etmişdilər, bu gün isə eksteryer dizaynının detallarına daha yaxından baxmağa imkan verən rəsmi şəkilləri yayımlayıblar.

Böyük ehtimalla ki, qarşımızda zəngin təchizata malik olan miniven durur.

Bir neçə ay əvvəl Çin sertifikatlaşdırma orqanı tərəfindən yayımlanan qeyri-rəsmi şəkillərdəki avtomobildən fərqli olaraq, rəsmi şəkillərdəki Custo modeli boyanmamış plastikdən hazırlanmış təkər tağlarının genişləndiricilərindən məhrumdur və üstəlik daha iri ölçülü yüngül lehimli təkər diskləri ilə təchiz edilib. Bundan başqa, şəkillərin birində vəd olunmuş iki hissəli panoramik dam nəzərə çarpır.

Hyundai Custo modelinin yan tərəfdəki iki sürüşərək açılan qapısının hər biri 715 millimetrlik girişə malikdir. Avtomobil yalnız yeddi nəfərlik versiyada sertifikatlaşdırılıb, lakin miniven ənənəvi 2 + 3 + 2 oturacaq formuluna deyil,  2 + 2 + 3 “nümayəndəlik” sxeminə malik olacaqdır.

İkinci cərgədə elektriklə tənzimlənən və geniş diapazonda tənzimlənmələrə malik olan iki ayrı kreslo (bəzi düymələr dirsəkaltına inteqrasiya olunub) quraşdırılıb. Sağ tərəfdəki kreslo irəli çıxan ayaq dayağı ilə təchiz edilir. Minivenin təchizatına iki hissəli panoram dam da daxildir. Üçüncü cərrgədə isə, qatlanan üçnəfərlik divan yerləşir.

Salonun ön tərəfində yığcam cihazlar paneli və mərkəzi konsol boyunca uzanan 10,4-düymlük planşet quraşdırılıb. Transmissiyanın isarə edilməsinə düyməli pult və sükanaltı dəstəklər cavabdehdir. Mərkəzi tunelin aşağı hissəsində xırda əşyalar üçün böyük bir bölmə nəzərdə tutulub.

Hyundai Custo miniveni bizə tanış olan Kia Carnival modelindən daha yığcamdır, lakin onun ölçüləri kifayət qədər böyükdür. Minivenin uzunluğu 4950 millimetr, eni - 1850 millimetr, hündürlüyü - 1734 millimetr, təkər bazasının ölçüsü isə 3055 millimetrdir.

Beləliklə, Custo Carnaval modelindən 205 millimetr qısa, 145 millimetr ensiz, 16 millimetr alçaqdır. Təkər bazasında da üstünlük Carnival modelinə məxsusdur -  Kia miniveninin bazası 35 millimetr daha genişdir.

Hyundai Custo modelinin mühərrik çeşidi barədə məlumat artıq sirr deyil - çeşiddə nə dizel, nə də iri həcmli altısilindrli mühərriklər var. Alıcılar 170 at qüvvəli 1,5-litrlik və 236 at qüvvəli 2,0-litrlik turbomühərriklərdən birini seçə bilərlər. Hər iki aqreqat səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilir. Ötürmə - alternativsiz ön ötürmədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Custo minivanlarının istehsalı ilə Bejing Hyundai birgə müəssisəsi məşğul olacaqdır. Əlbəttə ki, qiymətlər hələ açıqlanmayıb. Qeyd etmək gərəkdir ki, Hyundai Custo modeli yalnız Səma İmperatorluğunda satılacaqdır. Modelin digər bazarlara ixracatı nəzərdə tutulmayıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.