Hyundai şirkəti Custo miniveninə həsr edilmiş tizer kampaniyasını davam etdirir. Bu dəfə Cənubi Koreya istehsalçısı diqqəti minivenin interyerinə yönəltmək qərarına gəlib. Xatırladaq ki, yeni miniven aprel ayında Çin sertifikatlaşdırma orqanının məlumat bazasında peyda olsa da, istehsalçı tizer kampaniyasına başlamağa üstünlük verib.

Dərc edilmiş tizerlər Custo modelinin təkcə ailə avtomobili seqmentini deyil, həm də biznes seqmentini hədəfə götürdüyünü nümayiş etdirməlidir.

Hyundai Custo miniveni bizə tanış olan Kia Carnival modelindən daha yığcamdır, lakin onun ölçüləri kifayət qədər iridir. Minivenin uzunluğu 4950 millimetr, eni - 1850 millimetr, hündürlüyü - 1734 millimetr, təkər bazasının ölçüsü isə 3055 millimetrdir. Beləliklə, Custo Carnaval modelindən 205 millimetr qısa, 145 millimetr ensiz, 16 millimetr alçaqdır. Təkər bazasında da üstünlük Carnival modelinə məxsusdur -  Kia miniveninin bazası 35 millimetr daha genişdir.

Sürüşərək açılan arxa qapılara malik olan Custo modelinin əsas hədəfi Çin miniven seqmentinin liderləri Honda Odyssey və Buick GL8 modelləridir.

Avtomobil yalnız yeddi nəfərlik versiyada sertifikatlaşdırılıb, lakin miniven ənənəvi 2 + 3 + 2 oturacaq formuluna deyil,  2 + 2 + 3 “nümayəndəlik” sxeminə malik olacaqdır. İkinci cərgədə elektriklə tənzimlənən və geniş diapazonda tənzimlənmələrə malik olan iki ayrı kreslo (bəzi düymələr dirsəkaltına inteqrasiya olunub) quraşdırılıb.

Sağ tərəfdəki kreslo irəli çıxan ayaq dayağı ilə təchiz edilir. Minivenin təchizatına iki hissəli panoram dam da daxildir. Üçüncü cərrgədə isə, qatlanan üçnəfərlik divan yerləşir.

Salonun ön tərəfində yığcam cihazlar paneli və mərkəzi konsol boyunca uzanan 10,4-düymlük planşet quraşdırılıb. Transmissiyanın isarə edilməsinə düyməli pult və sükanaltı dəstəklər cavabdehdir. Mərkəzi tunelin aşağı hissəsində xırda əşyalar üçün böyük bir bölmə nəzərdə tutulub.

Hyundai Custo modelinin mühərrik çeşidi barədə məlumat artıq sirr deyil - çeşiddə nə dizel, nə də iri həcmli altısilindrli mühərriklər var. Alıcılar 170 at qüvvəli 1,5-litrlik və 236 at qüvvəli 2,0-litrlik turbomühərriklərdən birini seçə bilərlər. Hər iki aqreqat səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilir. Ötürmə - alternativsiz ön ötürmədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hyundai Custo mniveni Bejing Hyundai müştərək müəssisəsi tərəfindən istehsal ediləcəkdir. Tizerlər dərc edilmə intensivliyi təqdimatın çox yaxın olduğundan xəbər verir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.