Hyundai şirkəti də COVID-19 koronavirusu pandemiyası ilə əlaqədar olaraq müvəqqəti loqotipini nümayiş etdirib.

Bildiyiniz kimi, yeni növ koronavirusun yaratdığı COVID-19 pandemiyası artıq dünya iqtisadiyyatına çox böyük ziyan vurub. Səhiyyə mütəxəssisləri, şəxsi gigiyena qaydalarına riayət etməklə yanaşı, sosial məsafəni qorumağın koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün ən yaxşı üsulun olduğu qənaətinə gəliblər.

Bundan sonra, dünya şöhrətli korporasiyalar özünü və başqalarını koronavirusa yoluxmaqdan qorumaq üçün məqbul məsafənin saxlanılmasını təbliğ etməyə başlayıblar. Bu gün Hyundai şirkəti by hərakata qoşularaq dəyişdirilmiş loqotipini nümayiş etdirib. Ənənəvi olaraq, əl sıxışmasını simvolizə edən işarə, iki dirsək ilə toxunmaqla salamlaşma simvoluna çevrilib. Xatırladaq ki, daha əvvəl, üç alman markası - Mercedes-Benz, Volkswagen və Audi, - öz loqotiplərini dəyişdiriblər.